Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Türkiyədə yeni investisiya qərarı gələn ilin I rübündə qəbul olunacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Türkiyədə yeni investisiya qərarı gələn ilin I rübündə qəbul olunacaq"

Gələn ilin I rübündə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İzmirdə (Türkiyə) həyata keçirməyi planlaşdırdığı yeni neft-kimya kompleksi layihəsinin investisiya qərarının qəbul olunması gözlənilir.

 

Reklam_3_11

Bunu "SOCAR Turkey Enerji A.Ş"nin baş direktoru Zaur Qəhrəmanov jurnalistlərə bildirib.

 

Onun sözlərinə görə, yeni layihənin mühəndislik işləri davam edir: "Bu ilin sonuna bu işlərin yekunlaşması gözlənilir. Gələn ilin I rübündə yekun investisiya qərarını qəbul etməyə hazırlaşırıq. BP və "Axens" şirkətlərindən lazımi lisenziyalar alınıb. Yeni kompleksdən, təxminən, əlavə 1 mln. ton Saf Tereftal Turşusu (PTA) və polipropilen istehsalı planlaşdırılır". 


Yeni neft-kimya kompleksinin dəyərinə gəlincə isə baş direktor qeyd edib ki, ilkin olaraq layihənin inşasının 1,6-2,2 mlrd. dollar olacağı qiymətləndirilir: "Hazırda şirkətlərlə danışıqlar aparılır. Layihənin dəyəri ilə bağlı hələ danışmaq tezdir.Amma ilkin olaraq yeni neft-kimya kompleksinin dəyəri 1,6-2,2 mlrd.dollar qiymətləndirilir".

 

Onun sözlərinə görə, layinənin maliyyələşdirilməsi ya "Petkim"dən gələn gəlirlərdən "SOCAR Turkey Enerji" şirkətinin daxili resursları hesabına, ya da xarici vəsaitlər hesabına həyata keçirilə bilər. Belə ki, layihəyə böyük neft-kimya şirkətləri maraq göstərir və danışıqlar aparılır: "Türkiyə maraqlı bazardır. Böyük şirkətlər yeni layihədə tərəfdaş olmaq üçün müraciət edir və danışıqlar aparılır. Amma digər şirkətlər də olmasa bu layihəni həyata keçirəcəyik. İnvestisiya qərarımız tərəfdaşların qatılın- qatılmamasından asılı deyil. Bu layihəni həyata keçirməkdə qərarlıyıq".

 

Bununla belə, Z. Qəhrəmanov bildirib ki, layihəyə tərəfdaş qatılarsa, həm maliyyə riskləri bölüşdürülər, həm də həcmi artırıla bilər.

 

Baş direktorun sözlərinə görə, kompleksin tikinti işlərinin 2019-cu ilin ortalarında başlanılması, 2022-ci ilin sonuna tikintinin yekunlaşması, 2023-cü ilin əvvəlində isə istismara verilməsi planlaşdırılır.

 

Hazırda "Petkim" neft-kimya kompleksi Türkiyənin neft-kimya məhsullarına olan tələbatını 17%-ni ödəyir. "Fiziki olaraq bundan artıq istehsal mümkün deyil. Ona görə də 1 il öncə həcmlərin artırılması üçün bu layihəni təqdim etdik. Ötən il Türkiyənin ticarət balansında neft-kimya məhsulları ilə bağlı 11,5 mlrd. dollar cari kəsir qeydə alınıb. Biz yeni neft-kimya kompleksi layihəsi ilə bu kəsirin 40%-ni örtəcəyik. Buna görə də Türkiyə dövləti bizə böyük dəstək göstərir", - deyə Z.Qəhrəmanov qeyd edib.

 

Onun sözlərinə görə, hazırda Əliağa yarımadasında Xüsusi Sənaye zonasının yaradılması ilə bağlı danışıqlar aparılır. 

 

Şirkətin baş direktoru bu zonanın "Petkim"i, STAR-i və yeni neft-kimya kompleksi layihəsini əhatə edəcəyini bildirib. 

 

© Report

29.05.2018 13:47

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ