Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Tekfen İnşaat” Azərbaycanda anlaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Tekfen İnşaat”  Azərbaycanda anlaşdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda bərpaolunan enerji layihələrinin müəyyənləşdirilməsi üçün birgə İşçi Qrupu yaradılacaq


 

Reklam_3_11

Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyənin “Tekfen İnşaat” şirkəti arasında alternativ və bərpaolunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

 

Nazirlikdən bildirilib ki, sənədi Azərbaycan tərəfindən energetika nazirinin müavini Samir Vəliyev, Türkiyə tərəfindən isə “Tekfen İnşaat” şirkətinin prezidenti Levent Kafkaslı imzalayıb.

 

Memorandum ölkəmizdə bərpaolunan enerji sahəsində qarşılıqlı maraq kəsb edən layihələrin müəyyənləşdirilməsi üçün birgə İşçi Qrupunun yaradılması, seçilmiş layihələrin icrası ilə bağlı İşçi Qrupunun fəaliyyət istiqamətləri, bu sahədə tədqiqatlar aparılması və tərəflərin öhdəlikləri kimi məsələləri nəzərdə tutur.

 

BANKDAN DA AŞAĞI FAİZLƏ KREDİT

 

Qeyd edək ki, dünyanın 20-dək ölkəsində 350-dən çox layihə həyata keçirmiş “Tekfen İnşaat” şirkəti Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir. Şirkət indiyə kimi Azərbaycanın neft-qaz sektorunun bir sıra mühüm layihələrinin həyata keçirilməsində uğurla təmsil olunub.

29.05.2018 17:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ