Bu kompleksdən mənzil alan şəxslər dərhal təmirə başlayır
Premium sinif yaşayış kompleksi “Renessans Palace”da mənzil alan şəxslər dərhal təmirə başlayır. Bakının Yasamal rayonunda yerləşən kompleksi inşa edən “AS Qrup İnvestment” şirkətlər qrupu korpusları təmirə təhvil verməyə başlayıb.
Artıq bu binadan mənzil alan şəxslər digər yaşayış komplekslərindəki kimi icazə müddətini gözləmədən öz mənzillərində təmirə başlaya bilər. Payızda isə “Renessans Palace”da yaşayış üçün icazə veriləcəyi bildirilir.
Kompleksdə mənzil alıb premium seqment evə sahib olmaq istəyənlər üçün “AS Qrup İnvestment” həmçinin 3 illik fazisiz ödənişlə kampaniyaya başlayıb. Kampaniyanın şərtlərinə əsasən ilkin ödəniş 25% təşkil edir. Mənzil sahibi növbəti 3 ilin 35 ayında evin dəyərinin 50%-ini hissə-hissə keçirir və 36-cı ayda geridə qalan 25% hissəni ödəyir.
İnfrastrukturunda, binanın keyfiyyətində və digər xüsusiyyətlərdə premium seqmentin bütün tələblərinə riayət olunmaqla inşa olunan “Renessans Palace” dörd korpus, 20 blok, 1084 mənzildən ibarətdir.
3 hektar ərazini əhatələndirən yaşayış kompleksinin 1,6 hektar hissəsi sakinlər üçün meşətipli, qapalı park olacaq. Binaların hər mərtəbəsində mənzil sayı maksimum 4-dür. Hər blokda 3 ədəd “Mistubishi” markalı lift quraşdırılıb.
Mənzillərin hündürlüyü standard ölçülərdən daha artıq – 3.35 metrdir. Çöl divarlar termobloklarla tikildiyindən evlər yayda sərin, qışda isə isti qalır. Bu isə 40% enerjiə qənaət etməkdir. Pəncərələr izosistemli, 4 kameralı olduğundan Bakı küləyinin səsini və soyuğu içəri buraxmır. Kompleksin ilk 2 mərtəbəsində fəaliyyət göstərəcək iaişə obyektləri isə (restoran, kafelər, fitnes zal, uşaq bağçası, gözəllik salonu, sağlamlıq mərkəzi və s.) sakinlərin rahatlığına xidmət göstərəcək. “Renessans Palace” 120 yerüstü, 1500 yeraltı avtomobil parkinq yeri ilə paytaxtın ən iri avto-parkinqinə sahib yaşayış kompleksidir.
Daha ətraflı: http://renessanspalace.az
Tel.: (+994 12) 538 29 77 / 78
(+994 50) 715 88 88
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 saat əvvəl
“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalandı
-
5 saat əvvəl
Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır
-
5 saat əvvəl
“Qat-Qat Cake Shop” şirniyyat mağazasında yararsız məhsullar aşkarlanıb, rəhbərliyi cərimələnib
-
6 saat əvvəl
ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!
-
6 saat əvvəl
“Kapital Bank”ın dollar istiqrazlarına 104 investor 104 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
- 6 saat əvvəl
-
7 saat əvvəl
Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
7 saat əvvəl
Xəzərdə süni torpaq sahələri dənizin şimal və cənub hissələrində yaradılacaq
- 7 saat əvvəl
- 7 saat əvvəl