Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

İri birləşməyə razılıq verildi - GMO daha da yayılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
İri birləşməyə razılıq verildi - GMO daha da yayılacaq


ABŞ rəhbərliyi, Almaniyanın iri kimya və dərman şirkəti "Bayer"in, Amerikanın aqrar biotexnologiya şirkəti "Monsanto"nu 66 milyard dollara tərkibinə qatmasına icazə verib. Bir şərtlə ki, "Bayer" 9 milyard dollar dəyərindəki aktivlərini satmalıdır.
 

"Marja" ABŞ Ədliyyə Nazirliyindən verilən yazılı açıqlamaya istinadən xəbər verir ki, "Bayer"in, "Monsanto"nu satın almasına, toxum emalı və kimyəvi kənd təsərrüfatı sahəsindəki aktivlərini satması şərtilə razılıq verilib.
 

İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN

 

İki ilə yaxın müddətdir davam edən müzakirələr nəticəsində Brüsselldən sonra Vaşinqtonun da birləşməyə razılıq verməsilə "Bayer"in kənd təsərrüfatı dərmanları və toxumçuluq sahəsində dünyanın ən böyük şirkəti olmasının qarşısında maneə qalmadı.
 

"Bayer" 66 milyard dollarlıq satınalmanın reallaşması üçün 9 milyard dollar dəyərindəki aktivlərini, kənd təsərrüfatı sektorundakı rəqabətin qorunması məqsədilə satmağı qəbul edib.
 

 Avropa Birliyi, mərkəzi ofisi Almaniyanın Leverkusen şəhərində yerləşən "Bayer"in, Missuridə yerləşən "Monsanto"nu tərkibinə qatmasına keçən ilin mart ayında yaşıl işıq yandırmışdı.

 

GMO AVROPADA YAYILACAĞI ÜÇÜN QARŞI ÇIXIRLAR


Digər tərəfdən, ekoloqlar və təbii (orqanik) kənd təsərrüfatı şirkətləri, geni dəyişdirilmiş (GMO) kənd təsərrüfatı toxumları və məhsullarının Şimali Amerika qitəsinə yayılmasında böyük rol oynayan "Monsanto"nun "Bayer" tərəfindən satın alınmasına, eyni şeyin Avropa qitəsində da yaşanacağı səbəbilə qarşı çıxırlar.
 

"Bayer" isə hər gün artan qlobal ərzaq ehtiyacının ödənilməsi üçün məhsuldarlığın yüksəldəcək yeni texnologiyaların istifadə edilməsi lazım olduğunu müdafiə edir.

30.05.2018 05:47

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ