Trump-ın qərarından sonra 100 min viza ləğv edilib
ABŞ Prezidenti Donald Trump-ın 27 Yanvarda imzaladığı və əhalisinin əksəriyyəti Müsəlman olan 7 ölkəyə tətbiq edlən 3 aylıq viza qadağası fərmanından indiyədək təxminən 100 min nəfərin vizasının ləğv edildiyi bildirilib.
Ədliyyə Nazirliyinin Miqrasiya Bürosunun vəkili olan Erez Reuveni, Trumpın 27 Yanvarda imzaladığı və Suriya, İraq, İran, Yəmən, Liviya, Sudan və Somali vətəndaşlarına tətbiq edilən 3 aylıq viza qadağasından bu ana qədər təxminən 100 min adamın təsir gördüyünü deyib.
Reuveni həmçinin, bu ana qədər Yaşıl Kartlı (Green Card) heç kimin ölkəyə girişdən məhrum edilmədiyini də dilə gətirib.
Trumpın imzaladığı viza fərmanı ilə əhalisinin əksəriyyəti Müsəlman olan 7 ölkə vətəndaşlarına 90 gün viza qadağası tətbiq edilmiş, Suriyalı qaçqınlara ikinci bir əmrə qədər ölkə qapıları bağlanmış və bütün qaçqın qəbuları 90 gün müddətinə təxirə salınmışdır.
Nyu-York, Massaçusets və Virciniya kimi bir çox əyalətdə məhkəmələr, qadağanın Yaşıl Karta tətbiq edilməyəcəyinə qərar vermişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
28 d. əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
2 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"2024-cü ildə mənfəəti minimun 20% artırmağı planlaşdırırıq"
-
4 saat əvvəl
“AvtoVAZ” Azərbaycanda “Lada” avtomobillərinin yığılmasına başlayıb