Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Neft ölkəsinin reytinqi "defolt" səviyyəsində təsdiq edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft ölkəsinin reytinqi "defolt" səviyyəsində təsdiq edildi

Beynəlxalq kredit reytinqi agentliyi Standard & Poor's (S&P), Venesuelanın xarici valyutada kredit reytinqinin "seçilmiş defolt" (selective default - SD) səviyyəsində təsdiq edildiyini bildirib.


  
"Marja" xəbər verir ki, açıqlamada, ölkənin milli valyutada kredit reytinqinin "ccc-" səviyyəsində təsdiq edildiyi və proqnozunun "mənfi" olduğu bildirilib.

Reklam_3_11


 
Açıqlamada, Venesueladakı prezident seçkilərinin ardından ölkədə iqtisadi və maliyyə siyasətlərin iqtisadi böhrana səbəb olmasının gözlənildiyi qeyd edilib.


 
Ölkədə inflyasiyanın sürətlə artmağa davam etməsinin ehtimal edildiyinə yer verilən açıqlamada, inflyasiya nisbətinin bu il 10 min faizi keçməsinin nəzərdə tutulduğu vurğulanıb.


 
İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN

 

Açıqlamada, keçən il 8 faiz azalma qeyd edən Venesuela iqtisadiyyatının, bu il isə ən az 4 faiz azalma göstərməsinin gözləndiyini vurğulanıb.


Ölkənin neft ixracının düşməyə davam etməsilə rəsmilərin idxal üzərindəki nəzarəti sərtləşdirdiyinin qeyd edildiyi açıqlamada, neftin dövlət gəlirlərinin yarısından çoxunu və ölkə ixracatının 95%-ni yaratdığı məlumatına yer verilib.


 
Seçilmiş defolt, borclu bir ölkənin müəyyən bir istiqraz üçün ödəniş edə bilmədiyini, ancaq beynəlxalq borc öhdəliklərini yerinə yetirmək əzmini davam etdirdiyini ifadə edir.

30.05.2018 07:03

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ