Ağ Ev: Rusiya Krımı işğal edib
“BMT-dəki nümayəndəmiz Nikki Heyli prezident Donald Trampın rəsmi mövqeyini ifadə edib”.
“İnterfaks-Ukraina” agentliyinin verdiyi məlumata görə, bunu Ağ Evin mətbuat katibi Şon Spayser səfir Nikki Heylinin (Nikki Haley) BMT-dəki çıxışına münasibət bildirərkən deyib.
Yeni administrasiyanın Rusiyaya qarşı sanksiyaları saxlamaq niyyətində olub-olmadığı haqda suala Ş. Spayser belə cavab verib: “Mən düşünürəm ki, daimi nümayəndə Heyli Rusiyanın Krımı işğal etməsi ilə bağlı bizim narahatlığımızı çox dəqiq ifadə edib. O, bu barədə çox qətiyyətli və aydın danışıb”.
Xatırladaq ki, ABŞ-ın BMT-dəki yeni səfiri Nikki Heyli qurumdakı ilk rəsmi çıxışını Ukraynadakı vəziyyətə həsr edib. “Təəssüf ki, ilk açıq çıxışımda mən Rusiyanın Donbasdakı aqressiv addımlarını tənqid etməliyəm. Belə olmaz. Biz Moskva ilə münasibətləri yaxşılaşdırmaq istəyirik, lakin Ukraynanın şərqindəki dəhşətli vəziyyət bizdən Rusiyanın fəaliyyətini kəskin şəkildə pisləməyi tələb edir”, - deyə o, söyləyib. N. Heyli Krım ətrafındakı duruma da toxunub. O, Krımı “Rusiyanın aqressiv fəaliyyətindən əziyyət çəkən Ukraynanın daha bir hissəsi” olaraq xarakterizə edib. Səfir bəyan edib ki, Rusiya bu ərazilər üzərində nəzarəti Kiyevə qaytarana qədər Krımla bağlı tətbiq olunmuş sanksiyalar qüvvədə qalacaq.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan dövləti 2024-cü ilin ilk 3 ayında 1 milyard 88 milyon manat borc ödəyib
- 2 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
20 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 20 saat əvvəl