Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Türkiyədə iki şirkət təsis edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Türkiyədə iki şirkət təsis edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Türkiyədə iki yeni şirkət təsis edib.

 

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin mətbuat xidmətindən    verilən məlumata görə, “Caspdry” və “Casptankers” adları ilə fəaliyyət göstərəcək şirkətlər Xəzərdənkənar hövzələrdə Azərbaycan bayrağı altında üzən gəmilərin daha səmərəli istismarına nail olmağa çalışacaq.  “Caspdry” quru, “Casptankers” isə maye yüklər daşıyan gəmilərin  istismarını həyata keçirəcək.

 

Fevralın 3-də İstanbulda keçirilən mərasimdə dünyanın tanınmış təsnifat cəmiyyətlərindən olan Amerika Gəmiçilik Bürosu ( ABS) “Caspdry” şirkətinə İSM-in tələblərinə cavab verdiyini təsdiqləyən uyğunluq sertifikatını təqdim edib. Yaxın vaxtlarda “Casptankers”ə də belə sertifikatın təqdim olunacağı gözlənilir. Bu sertifikatlar isə hər iki şirkətə Xəzərdənkənar hövzələrdə iri həcmli gəmilərin istismarına imkan verəcək.

 

ABS-in rəsmi nümayəndələri və auditorlarının iştirak etdiyi mərasimdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliy” QSC-nin sədri Rauf Vəliyev bildirib ki, “Caspdry” və “Casptankers” bütün standartlara, o cümlədən yüksək təhlükəsizlik tələblərinə cavab verərək beynəlxalq sularda quru yük və neft məhsulları daşımalarında lider şirkətlərin birinə çevriləcəkdir. Eyni zamanda, şirkətlərin fəaliyyəti azərbaycanlı dənizçilərin beynəlxalq sularda üzmə imkanlarını da xeyli genişləndirəcək.

 

Donanmasının yenilənməsinə xüsusi diqqət yetirən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliy ” QSC-nin əsas hədəflərindən biri də xarici sularda davamlı fəaliyyət göstərməkdir. Hazırda Gəmiçiliyin Qara və Aralıq dənizlərində 10 quruyük gəmisi üzür.

04.02.2017 08:02

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ