Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"30 milyard dollardan çox vəsait sərf olunub"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"30 milyard dollardan çox vəsait sərf olunub"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Bu ilin aprelin sonunadək Azərbaycan qazının Avropaya nəqli üçün həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsinə tərəfdaşlarla birgə 30 milyard dollardan çox vəsait sərf olunub".

 

Bunu "Cənub Qaz Dəhlizi" QSC-nin baş direktoru Əfqan İsayev “Xəzər Neft və Qaz-2018” 25-ci Yubiley Beynəlxalq konfransında  çıxışı zamanı bildirib.

 

Onun sözlərinə görə, ümumi layihə dəyəri 22,7 mlrd. dollar təşkil edən "Şahdəniz -2" layihəsi üzrə aprelin sonuna 17,7 mlrd. dollar xərclənib: “Cənubi Qafqaz Boru Kəməri üzrə xərclərin hesabat dövrünə 4,2 milyard dollar təşkil edib, layihənin ümumi dəyərinin isə 4,5 milyard dollar təşkil edib”, - deyə Ə.İsayev vurğulayıb.

 

Ə. İsayev bildirib ki, Azərbaycan qazının Türkiyəyə və Avropaya nəqli üçün inşa olunan Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsi üzrə xərclərin həcmi aprelin sonuna 5,4 mlrd. dollar təşkil edib: "Layihənin ümumi dəyəri 8 milyard dollar təşkil edir. Bu il iyunun 12-də Əskişəhərdə boru kəmərinin istismara verilməsi ilə bağlı mərasim keçiriləcək".

 

Ə.İsayev Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Boru Kəməri (TAP) üzrə 2,9 mlrd. avro xərcləndiyini, layihənin ümumi dəyərinin isə 4,5 mlrd. avro olduğunu qeyd edib.

 

İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN

 

© APA

30.05.2018 11:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ