Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bakı şəhərətrafı dəmir yolu xəttinin icra vəziyyəti yoxlanılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakı şəhərətrafı dəmir yolu xəttinin icra vəziyyəti yoxlanılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bu il mart ayında imzaladığı “Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncama uyğun olaraq, işlər davam edir.

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Bakı şəhərətrafı dəmir yolu xəttinin yenidən qurulması işlərinin icra vəziyyəti ilə tanış olmaq üçün Sabunçu stansiyasında olub.

 

Hazırda Sabunçu stansiyasında yolların və yoldəyişənlərin yenilənməsi, dəmir yolu keçidlərinin (avtomobil yolu ilə kəsişmə) yenidənqurulması, lazımi yerlərdə yerüstü və yeraltı keçidlərin inşası (piyadalar üçün), yolun ətrafının hasarlanması, elektrik təchizatı və işarəvermə ilə rabitə sisteminin gücləndirilməsi, stansiyada binaların və platformaların yenidənqurulması işləri aparılır.

 

İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN

 

Eyni zamanda  C. Qurbanov polad magistralda görülən işlərlə tanış olmaq üçün Sumqayıt-sərnişin, Biləcəri yuyucu-buxarlayıcı stansiyalarında, Motorlu rels nəqliyyatı, maşın-mexanizmlərin təmiri emalatxanasında olub və yeni texnologiyaların tətbiqi istiqamətində reallaşdırılan işlərə baxış keçirib.

30.05.2018 12:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ