Fil Dişi Sahili hökuməti ölkə ərazisində yeni qaz terminalının tikintisinə razılıq verib.
"Africanews" agentliyi xəbər verir ki, layihədə 34%-lik paya malik Fransanın "Total" şirkəti həm də operatordur.
Dövlətin layihədəki payı 11% təşkil edir.
Digər iki səhmdar isə SOCAR və "Shell" şirkətləridir.
Terminal 3 mln. tonluq həcmə malik olacaq.
Layihənin 2018-ci ilin ortalarında işə salınması planlaşdırılır.
© "APA-Economics"