Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

Azərbaycan Kredit Bürosu 1 saylı ASAN xidmətdə!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Kredit Bürosu 1 saylı ASAN xidmətdə!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

29 may 2018-ci il tarixindən Azərbaycan Kredit Bürosu (Büro) 1 saylı Bakı “ASAN xidmət” mərkəzində kredit hesabatlarının verilməsi xidmətinə başlayıb.

 

Reklam_3_11

Büronun yaydığı məlumata görə, fiziki şəxslər şəxsiyyəti təsdiq edən sənədlə, hüquqi şəxslər isə VÖEN və müraciət edən şəxsin səlahiyyətini təsdiq edən sənədlə Büronun  xidmət pəncərələrindən kredit hesabatlarını əldə edə bilərlər. Kredit hesabatları yalnız şəxsin özlərinə və ya qanuni nümayəndəsinə verilir.

 

Xidmət mərkəzi həftənin iş günləri, saat 10:00-19:00 arası fəaliyyət göstərir.

 

“Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq vətəndaşlar və biznes subyektləri öz kredit hesabatlarını hər təqvim ili ərzində 2 dəfə ödənişsiz əldə edə bilərlər.

 

“Azərbaycan Kredit Bürosu” MMC ölkədə fəaliyyət göstərən 8 bankın - “Azərbaycan Beynəlxalq Bankı”, “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank Azərbaycan” ASC-lərin təşəbbüsü ilə 15 yanvar 2018-ci il tarixində yaradılmışdır.

 

İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN

 

Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, mobil telefon operatorlarından, borc öhdəliyi ilə bağlı digər məlumat bazalarından toplanması, saxlanması, təhlili, kredit hesabatlarının formalaşdırılmasını, habelə borcalanlara fərdi reytinqlərin verilməsi və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edən qurumdur.

30.05.2018 16:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ