Ən yuxarı statik reklam_3

Amazon-un gəliri və mənfəəti artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Amazon-un gəliri və mənfəəti artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın e-ticarət nəhəngi Amazon, 2016-cı ilin dördüncü rübündə gəlirinin və xalis mənfəətinin artdığını açıqlayıb.


 
"Marja" xəbər verir ki, Amazon-dan edilən açıqlamada, ötən ilin dördüncü rübündəki gəlirin bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22,4 faiz artımla 43,7 milyard dollar olduğu qeyd olunub. Şirkət, 2015-in oktyabr-dekabr dövründə 35,7 milyard dollar gəlir əldə etmişdi.


 
Şirkətin ötən ilin dördüncü rübündəki xalis mənfəəti də əvvəlki ilin eyni dövrü ilə müqayisədə 55,4 faiz artımla 749 milyon dollara yüksəldiyi bildirilib. Amazon, 2015-in son rübündə 482 milyon dollar xalis mənfəət açıqlamışdı.


 
Açıqlamada, bu ilin ilk rübündə gəlirin 33,25 ilə 35,75 milyard dollar və xalis mənfəətin də 250 ilə 900 milyon dollar olmasının nəzərdə tutulduğu qeyd edilib.


 
Amazon-un 2016-cı ilin dördüncü rüb xalis mənfəət  və gəlirindəki artıma baxmayaraq, sözügedən məlumatların bazar gözləntilərini (proqnozları) ödəməməsi səbəbindən şirkətin səhmləri Nyu-York Birjasının bağlanmasından sonra aparılan məhdud əməliyyatlarda 4,5 faiz ucuzlaşıb.

04.02.2017 09:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ