Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Zərər edən Uber 2019-da birjada satılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Zərər edən Uber 2019-da birjada satılacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Uber-in İcraçı direktoru Dara Khosrowshahi, 2019-da şirkətin səhmlərinin kütləvi satışı (İPO) üçün hazırlıqların problemsiz irəlilədiyini bildirib


 

Reklam_3_11

Şəxsi avtomobil sahiblərinin mobil tətbiqi vasitəsilə taksiçilik etmələrinə imkan təmin edən Uber-in səhmlərinin ilkin kütləvi yerləşdirilməsinin (IPO) gələn il baş tutacağı bildirilib.
 

"Marja" xəbər verir ki, Uber-in İcraçı direktor Dara Khosrowshahi, CNBC-yə etdiyi açıqlamada, "2019-da İPO üçün hər şeyin yolunda olduğunu düşünürəm. Bir çox şey ola bilər, ancaq yaxşı bir mövqedə olduğumuzu hesab edirəm" deyib.
 

Khosrowshahi, şirkətin profilinin yaxşı bir mövqedə olduğuna diqqəti çəkərək, mənfəət marjasının daha yaxşı getməsini gözlədiyini ifadə edib.
 

Uber-dən verilən açıqlamada, bu ilin ilk rübündə şirkətin gəlirlərinin keçən ilin eyni dövrünə nisbətən 67 faiz artaraq 2,5 milyard dollara çatdığı qeyd edilib.
 

Ancaq açıqlamada, bu ilin ilk rübündə şirkətin 577 milyon dollar zərər etdiyi məlumatına da yer verilib.
 

Həmçinin Bloomberg-də yer alan xəbərə görə, dünyanın ən varlı 4-üncü şəxsi mövqeyində olan və 83,4 milyard dollar sərvəti olan Amerikalı milyarder sərmayəçi Uorren Buffettın bu ilin əvvəlində Uber-ə 3 milyard dollarlıq investisiya qoymağı planlaşdırdığı, ancaq bu müqavilənin reallaşmadığı  bildirilib.


İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN

 

Buffett, 2008 qlobal maliyyə böhranının əvvəlində ABŞ-ın ən böyük investisiya banklarından "Goldman Sachs"a 5 milyard dollarlıq investisiya etmiş və bunun nəticəsində 1,6 milyard dollarlıq gəlir əldə etmişdi.

31.05.2018 07:01

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ