Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Bankomatlarda 200 manatlıq əskinaslarla nağdlaşdırma imkanı!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bankomatlarda 200 manatlıq əskinaslarla nağdlaşdırma imkanı!

Ölkəmizdə tədavülə yenicə buraxılmış 200 manatlıq əskinasları indi Azərbaycan Beynəlxalq Bankının bankomatlarından əldə etmək olar. Bu barədə "Marja"ya Bankdan bildirilib.

 

Qeyd edilib ki, Bank bu gündən etibarən inkassasiya zamanı bəzi bankomatlarında digər nominallarla yanaşı, 200 manatlıq əskinasların da yerləşdirilməsinə başlayıb.

 

Hazırda 200 manatlıq əskinasları müştərilər bankın Baş ofis binası, Səbail filialı, Nəsimi filialı, Mərkəzi filialı, Port Baku və Socar Tower-dəki bankomatlarından əldə edə bilərlər. Yaxın günlərdə Azərbaycan Beynəlxalq Bankının bəzi digər bankomatlarında da bu əskinaslarla nağdlaşdırma aparmaq mümkün olacaq.

 

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankı ölkə üzrə ən böyük bankomat şəbəkəsinə malik bankdır. Bankın respublikamızın  müxtəlif regionlarını əhatə edən 763 bankomatı müştərilərin xidmətindədir.

31.05.2018 07:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ