Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Mosturflot: Azərbaycan kruiz gəmilərinin tikintisi ilə maraqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mosturflot: Azərbaycan kruiz gəmilərinin tikintisi ilə maraqlanıb

Bakıdan Türkiyəyə kuriz ilə səyahət etmək reallaşa bilər


 

“Mosturflot” kruiz şirkəti 2019-cu ildən etibarən Həştərxanda tikintisi aparılan “çay-dəniz” sinfindən olan «Петр Великий» kruiz sərnişin teploxodunun istifadəsinə başlamağı planlaşdırır.

 

"Marja" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat verir.

 

Şirkətin baş direktorunun müavini Svetlana Qonçarovanın sözlərinə görə, hazırda Rusiya gəmisinin Xəzəryanı dövlətlərin limanlarına yan alması imkanına dair fəal danışıqlar aparılır.

 

“Biz məhz Xəzər dənizindən başlamağı planlaşdırırdıq, çünki teploxod Həştərxanda suya salınır. Planlarımıza əsasən, Xəzərdə gəmi RF, Azərbaycan, İran, Türkmənistan və Qazaxıstan limanlarına yan alacaq. Xəzər ilə kruizlərin əksəriyyəti Bakıdan başlayacaq və orada bitəcək. Biz 7-8 günlük kruizlər planlaşdırırıq, onları “qısa” adlandırırıq”. Kruiz zamanı bir neçə limana yan alacağıq, misal üçün, İran və Türkmənistana səfər etməklə Xəzərin cənub hissəsi ilə və ya Türkmənistan, Qazaxıstan və Rusiya limanlarına yan almaqla şimal hissəsi ilə”, - S.Qonçarova bildirib.

 

Onun sözlərinə görə, perspektivdə «Петр Великий» üç dənizi birləşdirəcək kruizlər həyata keçirəcək. “Xəzərdə Bakıdan çıxırıq, Həştərxan ilə Volqodon boğazına, Rostov-na-Donu ilə Azov dənizinə, ordan isə Qara dənizə çıxırıq. Sonra Kerçen boğazı ilə gəmi Novorossiysk və Soçi, daha sonra isə Gürcüstan və Türkiyəyə yola düşür. Biz marşrutu Trabzonda bitiririk. Qara dəniz ilə bir neçə bu cür kruizlərin həyata keçirilməsi planlarıma daxildir”, - S.Qonçarova əlavə edib.

 

O, həm rusiyalı turistlər, həm də xarici tərəfdaşların kruizlərə maraqlarının çox böyük olduğunu qeyd edib. “Belə ki, Rusiyanın layihəsi Azərbaycan və İran şirkətlərini elə maraqlandırıb ki, onlar da bu cür kruiz gəmilərinin tikintisi barədə düşünürlər. Əgər Xəzərdə bu cür kruiz laynerlərin sayı artsa, bütün ölkələr, bu prosesin bütün iştirakçıları bundan qazanc əldə edər”, - S.Qonçarova hesab edir.

 

İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN

 

© İnterfaks-Azərbaycan

31.05.2018 09:27

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ