Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Son 20 ildə Azərbaycanda kişilərin sayı sürətlə artıb"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Son 20 ildə Azərbaycanda kişilərin sayı sürətlə artıb"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Qadın hüquqlarının pozulması, gender əsaslı zorakılıq bəşəriyyətin qarşısında dayanan vacib və qlobal səviyyəli məsələlərdir".

 

Bunu Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini  Sədaqət Qəhrəmanova  "Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi" adlı layihənin yekun konfransında deyib. 


 
Uşaqların cinsə görə nisbətinin  pozulmasını zorakılığın bir forması kimi qiymətləndirən  S. Qəhrəmanova  vurğulayıb ki, belə münasibət qadına, onun sağlamlığına, doğulmayan qızlara qarşı zorakılıqdır. Eyni zamanda  ailədaxili münasibətlərdə yaranan problemlərdən biri də uşaqların cinsi ayrı-seçkiliyə məruz qalmasıdır. 


 
Komitə təmsilçisi əlavə edib ki, hazırda  dünyanın bir sıra ölkələrində aktual problemlərdən biri də doğulan uşaqların cinsə görə nisbətinin pozulmasıdır: "Hamiləliyin süni şəkildə pozulması faktı inkişaf etmiş ölkələrdə il ərzində 28 milyon, inkişaf etməkdə olan ölkələrdə  isə il ərzində 182 milyondur. Son 20 ildə Azərbaycanda kişilərin sayı sürətlə artıb və əhali arasında  cinsi nisbət demək olar ki, bərabərləşib. Hazırda əhalinin 49.9 faizini kişilər, 50.1 faizini isə qadınlar təşkil edir".


 
S. Qəhrəmanova uşaqların cinsi nisbətinin pozulmasının cəmiyyəti düşündürən məsələlərdən biri olduğunu vurğulayaraq, bu prosesin bir çox halda  təbii surətdə baş vermədiyini qeyd  edib: "Problemin aradan qaldırılmasında maarifləndirmə işlərinin və səhiyyə xidmətlərinin  inkişafı vacibdir. Xüsusilə kənd yerlərində ailə planlaması, arzu edilməyən hamiləlikdən qorunma, süni mayalanma, reproduktiv sağlamlığın qorunması kimi maarifləndirmə kampaniyalarının aparılması zəruridir".


 
Sədr müavinin sözlərinə görə, hazırda 2017-2025-ci illər üzrə Reproduktiv Sağlamlığa dair Milli Strategiya hazırlanır: "Bundan başqa, son illər bu sahədə görülən işlər də müsbət nəticə verib. Belə ki, ölkədə 2015-ci ildə hər 100 qıza 117 oğlan düşürdüsə, 2016-cı ildə yeni doğulan  körpələr arasında qızların xüsusi çəkisi 46.8% təşkil edərək hər 100 qıza 114 oğlan düşüb.(Bioloji  norma 100 qız 105-107 oğlan təşkil edir). Hazırda bu nisbət 100-ün 112-dir".

 

İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN

 

© APA

31.05.2018 09:16

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ