Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

"Bank Respublika" ADR-in 100 illiyinə həsr edilmiş film təqdim etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bank Respublika" ADR-in 100 illiyinə həsr edilmiş film təqdim etdi

"Bank Respublika" Azərbaycan Xalq Cümhuriyyərinin 100 iliyinə həsr olunmuş “İstiqlaliyyət” adlı bədii-sənədli film təqdim etdi.

 

Reklam_3_11

Filmdə Cümhuriyyət qurucularının 23 ay ərzində gördüyü böyük işlər və qarşılaşdığı çətinliklərdən bəhs edilir. Filmdə həmin vaxtların taleyüklü məqamları da rekonstruksiya edilib və göstərilir. Bədii-sənədli filmin rejissoru Cavid Təvəkkül, sözçüsü isə xalq artisti Nürəddin Mehdixanlı oldu. Filmin istehsalı “ÖZ Film” prodakşn studiyası tərəfindənBaku Media Center-in dəstəyi ilə ərsəyə gəlmişdir.

 

“Böyük qürur və vətəndaşlıq borcu hissi ilə bu filmi təqdim edirik. Bildiyiniz kimi cənab Prezident İlham Əliyev 2018-ci ili Azərbaycan Xalq Cümhiriyyəti ili elan etmişdir, bu qərar bir daha həmin tarixin müasir Azərbaycan üçün önəmli olmasını təsdiq edir. Ölkənin aparıcı banklarından biri kimi filmin yaradılmasına qərar verdik ki, həmin illərdə baş verən hadisələr yenidən yaddaşlarda oyansın, Cümhuriyyət qurucularının göstərdiyi şücayət hiss edilsin” – deyə "Bank Respublika"nın Idarə Heyətinin sədri Asəf Namazov bildirdi.

 

Yubiley ili ərəfəsində bank eyni zamanda “İstiqlaliyyət” filminin iki premyerasını keçirdi – paytaxt Bakıda və Gəncə şəhərində. Filmin təqdimatında mətbuat nümayəndələri, bankın partnyorları və müştəriləri də iştirak etmişdilər. Təqdimat tədbirləri CinemPlus kinoteatrlarının dəstəyi ilə keçirildi. Film tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı və qısa müddət ərzində çoxsaylı müsbət rəylərə səbəb oldu. Təqdimatda filmin baş qəhrəmanları öz obrazlarını canlandıraraq tədbirdə xüsusi abu-hava da yaratdılar. 

 

Filmi bankın rəsmi FacebookYoutube səhifələrindən izləmək mümkündür.

31.05.2018 10:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ