Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Sığorta şikayətlərinə baxılmasına dair yeni təlimat hazırlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sığorta şikayətlərinə baxılmasına dair yeni təlimat hazırlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (Birlik) Hüquq komitəsinin görüşü keçirilib. Görüşdə Birliyin sədri Mustafa Abbasbəyli və Birliyin digər nümayəndələri, həmçinin, Hüquq komitəsinin üzvü olan şirkətlərin nümayəndələri iştirak edib.

 

Reklam_3_11

ASA-nın yaydığı məlumata görə, görüşdə “Sığorta vasitəçilərinin peşəkar davranış qaydaları” və “Sığortaçı və sığorta brokerlərində istehlakçıların şikayətlərinə baxılmasına dair təlimat” layihələrinə baxılıb. Layihələr komitə üzvləri tərəfindən geniş şəkildə müzakirə edilib. Layihələrdə sığortaçılar üçün əhəmiyyətli hesab olunan məqamlar vurğulanıb, eləcə də, buradakı mübahisəli məsələlərlə bağlı əlavə və dəyişiklik təklif edilib.

 

“Sığorta vasitəçilərinin peşəkar davranış qaydaları” və “Sığortaçı və sığorta brokerlərində istehlakçıların şikayətlərinə baxılmasına dair təlimat” layihələrinə Hüquq komitəsi tərəfindən verilmiş rəyin Birlik adından müvafiq orqana göndərilməsi nəzərdə tutulub.

 

Xatırladaq ki, Birliyin Hüquq komitəsi “Atəşgah Sığorta” ASC, “Paşa Sığorta” ASC, “Paşa Həyat Sığorta” ASC, “AzRe Təkrarsığorta” ASC, “Qala Həyat Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Xalq Sığorta” ASC, “AtaSığorta” ASC və “AzSığorta” ASC-nin nümayəndələrindən ibarətdir və komitə sədri “Atəşgah Sığorta” şirkətinin Hüquqi təminat şöbəsinin müdiri Səbuhi Mikayılovdur.

31.05.2018 14:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ