Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Tbilisidə kütləvi aksiya - Baş nazir istefa verməyəcəyini açıqlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tbilisidə kütləvi aksiya - Baş nazir istefa verməyəcəyini açıqlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında kütləvi aksiya keçirilir. Keçirilən kütləvi aksiyada baş nazir Giorgi Kvirikaşvili və hökumətin istefası tələb olunub.

 

Tələbi ötən ilin dekabrında Tbilisidə qətlə yetirilmiş yeniyetmələrdən birinin atası Zaza Saralidze səsləndirib.

 

O, Gürcüstan prezidenti Giorgi Marqvelaşviliyə dəstəyə görə təşəkkür edərək, onu aksiyaya qoşulmağa çağırıb.

 

Z. Saralidze qeyd edib ki, baş prokuror İrakli Şotadze istefa versə də, oğlunun qatilləri cəzalandırılmayıb: “Sistem bizə müharibə elan edib. Biz sistemi dağıdacağıq. Kvirikaşvilinin hökuməti sistemi qoruyur”.

 

"GET!"

 

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Tbilisidə kütləvi aksiyanın keçirildiyi parlamentin qarşısına gəlib.

 
O, aksiya iştirakçılarına müraciət edib.

 

“İlk növbədə bəyan edirəm ki, bu ölkənin sıravi vətəndaşı kimi, mənim üçün vəzifə qara qəpiyə dəyməz. Mənim üçün prosesin hüquqi çərçivədə inkişaf etdirilməsi vacibdir. Buna görə də səhər tezdən iş üzrə istintaq Daxili İşlər Nazirliyinə qaytarılacaq”, - deyə baş nazir bildirib.

 

Aksiya iştirakçıları baş nazirə müraciətini bitirməyə imkan verməyərək, onun ünvanına “Get!” şüarı səsləndiriblər.

 

G. Kvirikaşvilinin mühafizəsi onu aksiya keçirilən ərazidən uzaqlaşdırıb.

 

"İSTEFA VERMƏYƏCƏM"

 

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili istefa verməyəcəyini bildirib.

 

Bu barədə baş nazir keçirdiyi xüsusi brifinqdə deyib.Baş nazir qeyd edib ki, onun istefası üçün vəziyyət yetişməyib.

 

G. Kvirikaşvili bildirib ki, səhər tezdən yeniyetmələrin qətli ilə bağlı istintaq Baş prokurorluqdan Daxili İşlər Nazirliyinə qaytarılacaq: “İstintaqa daxili işlər naziri Giorgi Qaxariya rəhbərlik edəcək”.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Qeyd edək ki, ötən ilin dekabrın 1-də Tbilisinin 51 saylı məktəbinin şagirdləri 16 yaşlı David Saralidze və Levan Dadunaşvili Xorava küçəsində mübahisə zamanı ölümcül bıçaq yaraları alıblar. Polis insidentdə şübhəli bilinən 2 yeniyetməni saxlayıb. Tbilisi şəhər məhkəməsi ötən gün təqsirləndirilən şəxsləri qismən təqsirli hesab edib.

01.06.2018 06:09

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ