Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

ABŞ-ın xam neft hasilatı rekord səviyyəyə qalxdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-ın xam neft hasilatı rekord səviyyəyə qalxdı

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya (satış) məqsədli xam neft ehtiyatlarının ötən həftə 3,6 milyon barrel (0,8 faiz) azalaraq 434,5 milyon barrelə gerilədiyini açıqlayıb.
 

"Marja" xəbər verir ki, ehtiyatların 0,4 milyon barrel azalacağı gözlənirdi. Bir əvvəlki həftə xam neft ehtiyatları 5,8 milyon barrel artmışdı.
 

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları da keçən həftə 0,6 milyon barrel (0,1 faiz) azalaraq 660,8 milyon barrelə enib.
 

ABŞ-ın benzin ehtiyatları isə ötən həftə 0,5 milyon barel (0,2 faiz) artımla 234,4 milyon barelə yüksəlib. Benzin ehtiyatları əvvəlki həftə də 1,9 milyon barel artım göstərmişdi.
 

 
 ABŞ-ın xam neft idxalı ötən həftə bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 528 min barrel azalma ilə 7,63 milyon barrelə geriləyərkən, xam neft ixracı isə gündəlik orta hesabla 431 min barel artımla 2,18 milyon barelə yüksəlib.
 
 

XAM NEFT HASİLATI SON 20 HƏFTƏDƏ 19 DƏFƏ ARTIB

 

Ölkənin xam neft istehsalı isə keçən həftə əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 44 min barel artımla 10 milyon 769 min barrelə qalxıb. Bu nəticə ilə ölkənin xam neft istehsalı yeni bir rekord səviyyə qeyd edərkən, son 20 həftədə 19 dəfə artım göstərmişdir.
 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

EIA-nın hesabatına görə, ABŞ-ın builki xam neft hasilatının gündəlik orta hesabla 10,7 milyon barrel olması gözlənilir. Hesabata görə, ABŞ-ın gələn il xam neft hasilatının gündəlik orta hesabla 11,9 milyon barrel olacağı və dünyanın ən iri xam neft istehsalçısı Rusiyanı geridə qoyacağı proqnozlaşdırılır.

 

ABŞ-da xam neft hasilatının rekord səviyyəyə qalxması, investorların diqqətlərinin Səudiyyə Ərəbistanı və Rusyanın hasilatı artırıb-artırmayacaqlarına yönəlməsilə neft qiymətləri geriləyib. Qərbi Texas nefti (WTI) 67.04 dollara, Brent nefti 77.55 dollara düşüb. 

01.06.2018 06:22

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ