Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Rəsmilər ən böyük ixracatçı şirkətlərdən biri üçün danışıqlar aparıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rəsmilər ən böyük ixracatçı şirkətlərdən biri üçün danışıqlar aparıb

Rusiya Federasiyasının Dərbənd şəhərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsi və Rusiyanın Federal Gömrük Xidməti Dağıstan Gömrük İdarəsinin əməkdaşları arasında növbəti işçi görüş keçirilib.

 

DGK mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Gömrük Komitəsi Xarici Əlaqələr İdarəsinin rəisi Dilavər Fərzəliyev, Xaçmaz Gömrük İdarəsinin rəisi Pərviz Rəhimov və Dağıstan Gömrük İdarəsinin rəisi Ruslan Yəhyayevin rəhbərlik etdiyi nümayəndə heyətlərinin qatıldığı görüşdə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin və "Rusiya Dəmir Yolları" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları da iştirak edib.

 

Görüşdə qarşılıqlı əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə edilib, ilkin məlumat mübadiləsi, yük nəqliyyat vasitələrinin sərhədkeçmə prosesinin sinxronlaşdırılması və digər sahələrdə səylərin artırılmasının vacibliyi vurğulanıb.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Tərəflər sərhədkeçmə prosesinin sürətli həyata keçirilməsi, kənd təsərrüfatı məhsullarının, xüsusilə Azərbaycanın ən böyük ixracatçı şirkətlərindən biri olan "Amoris" şirkətinin Rusiya Federasiyasına ixrac etdiyi alma və pomidor məhsullarının sərhədkeçmə prosesində yaranan problemlərinin operativ şəkildə aradan qaldırılması istiqamətində müzakirələr aparıblar.

 

Görüşün sonunda Azərbaycan Respublikası və Rusiya Federasiyası arasındakı sərhəd-keçid məntəqələrində buraxılışın müntəzəmliyinin təmin edilməsinə dair işçi protokolu imzalanıb.

01.06.2018 06:49

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ