Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Əmanətlərin Sığortalanması Fondu audit hesabatını yarımçıq dərc edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əmanətlərin Sığortalanması Fondu audit hesabatını yarımçıq dərc edib

Ötən il Əmanətlərin Sığortalanması Fondunun aktivləri kəskin artıb.

 

Reklam_3_11

"Marja" Fondun audit olunmuş hesabatına istinadən xəbər verir ki, 2016-cı ilin sonunda 87 milyon 462 min manat olmuş cəmi aktivlər 2017-ci ilin sonunda 991 milyon 445 min manata çatıb. Aktivlərin artmasının səbəbi 789 milyon 152 min manatlıq dövlət vekselləridir. Fond bu vekselləri nağd pula çevirir.

 

Ötən il Əmanətlərin Sığortalanması Fondunun cəmi öhdəlikləri 594 milyon 919 min manatdan 85 milyon  676 min manata geriləyib.


Fond yığılmış sığorta ehtiyatlarını itirib, hətta 472 milyon 934 min manat kəsir yaranıb. Kəsir fondun 1 milyard 334 milyon manatlıq ödənilmiş kapitalı hesabına bağlanıb. Həmçinin kəsir Fondun zərərdə olduğuna işarədir.

 

Fond mənfəət və zərər hesabatını dərc etməyib. Bu səbəbdən Fondun gəlirləri və xərcləri barədə məlumat təqdim edə bilmirik. 

 

Əmanətlərin Sığortalanması Fondu 2007-ci ildə yaradılıb. Fondun əsas məqsədi banklar iflasa uğradıqda və onların depozit qəbulu üzrə lisenziyası ləğv olunduqda bank yığımlarının əmanətçilərə qaytarılmasına zəmanət verməkdir.

01.06.2018 07:46

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ