Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Lexus 2016-da satışını artırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Lexus 2016-da satışını artırıb

Lexus-un cəmi avtomobil satışı 2016-da bir əvvəlki illə müqayisədə 4 faiz artaraq 677 min 615-ə yüksəlib.


 
Premium avtomobil istehsalçısı Lexus, dünya miqyasında maraq görməkdə davam edir.


 
"Marja" xəbər verir ki, sabit bir şəkildə böyüməyə davam edən Lexus, Avropa, Çin, Şərqi Asiya və Okeaniyada illik satış rekordları qırıb.

 

Lexus-un ümumi avtomobil satışı 2016-da 2015-ci illə müqayisədə 4 faiz artaraq 677 min 615-ə yüksəlib. Marka üçün Avropa, 2016-ci ildə ən sürətli böyüyən bazar olub. Avropada, bir əvvəlki illə müqayisədə 16.5%-lik artımla 74 min 316 ədəd satış təmin edilib, Qərbi Avropada satılan hibrid vasitə sayı 98%-ə çatıb.


 
Lexus-un Avropa daxilində hibrid avtomobil satış nisbəti 60%-ə çıxıb.


 
 Premium markanın 2016-ci ildə ən çox üstünlük verilən modeli 191 min 600 ədədlə yeni RX olub. Böyük SUV modelindən sonra isə 142 min 300 ədədlə markanın digər bir SUV-si NX gəlir.


 
SUV modellərinin ümumi satışı 2016-ci ildə 401 min 800 ədədə çatarkən, sedan avtomobil modellərinin satışı 275 min 900 olub.

 

 Lexus, təqdim edəcəyi yeni modellər ilə satış rekordunu yeniləməyi hədəfləyir.

04.02.2017 14:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ