Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Nəhəng investisiya şirkəti SOCAR-la ortaqlığı genişləndirmək istəyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nəhəng investisiya şirkəti SOCAR-la ortaqlığı genişləndirmək istəyir

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və şirkətin rəhbər heyəti “Goldman Sachs International” investisiya şirkətinin icraçı direktorları Sarel Eldor, Yakut Seyhanlı və Anton Sıçevlə görüşüb.

 

SOCAR-ın yaydığı məlumata görə, görüşdə bu il SOCAR-ın bir sıra mühüm layihələri, o cümlədən “Goldman Sachs International” şirkətinin paydaş olduğu STAR neft emalı zavodunun və TANAP boru kəməri kimi layihələrin tamamlanmaq üzrə olduğu bildirilib. “Goldman Sachs International” şirkəti ilə əməkdaşlıq əlaqələrinin qurulduğu dövrdə hələ ilkin layihəndirmə mərhələsində olan sənaye obyektlərinin tikintisi bu gün artıq tamamlanmaq üzrədir və yaxın zamanda həmin müəssisələr gəlir gətirməyə başlayacaq.

 

SOCAR-ın əldə etdiyi uğurlu nəticələr gələcək əməkdaşlığın daha da əlverişli vasitələrlə davam etdirilməsinə stimul verir. Bu baxımdan SOCAR hazırkı və gələcək layihələrdə ortaqlıq prinsiplərini daha da əlverişli əsaslarda müəyyənləşdirmək üçün “Goldman Sachs” ilə birgə təhlil və araşdırma aparacaq.

 

Görüşdə, həmçinin SOCAR-ın Türkiyədə və bütün dünyada genişlənən ticarət əməliyyatlarının maliyyələşdirilməsi ilə bağlı “Goldman Sachs International” Şirkətinin mümkün rolu gündəmə gətirilib. “Goldman Sachs International” SOCAR-ın dünya üzrə infrastruktur və sənaye layihələrini maliyyələşdirməkdə maraqlıdır. Bu istiqamətlərdə araşdırmaların aparılması üçün şirkətlər arasında işçi qrupunun fəaliyyəti planlaşdırılıb.

 

SOCAR “Goldman Sachs International” ilə əməkdaşlığı 2014-cü ilin dekabrında “Petlim” limançılıq şirkətinin 30 faizlik payının alınması ilə başlamışdır. 2015-ci ildə isə “Goldman Sachs” SOCAR-ın törəməsi olan “SOCAR Turkey Energy A.Ş.” şirkətinin 13 faizinə yiyələnmək üçün 1,3 milyard dollar vəsait sərf etmişdir. Goldman Sachs investisiya şirkətinin baş ofisi Nyu-Yorkdadır. Goldman Sachs investisiya bankçılığı, qiymətli kağızlar, investisiya menecmenti sahəsində fəaliyyət göstərir.

01.06.2018 09:25

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ