Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Bəyannamələrini və vergini vaxtında vermiş ödəyicilərə endirim edilə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bəyannamələrini və vergini vaxtında vermiş ödəyicilərə endirim edilə bilər

Vergi borcunu vaxtında ödəməyənlərin borcu silinir (vergi aministiyası), amma bəyannamələri vaxtında verən, vergini düzgün hesablayıb ödəyən nizam-intizamlı vergi ödəyicilərinə heç bir güzəşt edilmir. Bu, ədalətsizlikdir.

 

“Marja” dünya təcrübəsinə əsasən yazır ki, vergi öhdəliklərini tam olaraq vaxtında yerinə yetirən ödəyicilərə endirim imkanı təmin edilə bilər. Bu, vergi mədəniyyətinin formalaşmasını artırar, vergilər gizlədilməz, gələcəkdə növbəti vergi aministiyalarına ehtiyac qalmaz.

 

Məsələn, keçmiş 3 il ərzində bəyannaməsini vaxtında vermiş, vergisini ödəmiş ödəyicilərə vergi endirimləri edilə bilər. Həmçinin meyaralara, vergi ödəyicisinin borcunun olmaması və keçmiş 3 illik müddətdə vergi yoxlaması nəticəsində verginin gizlədilməsi faktının aşkar edilməməsi şərti də daxil edilə bilər.

 

Endirim nisbəti barədə qeyd edək ki, bu 5 faizədək ola bilər.  Fərqli ödəyici qrupları üzrə endirim nisbəti dəyişə bilər.

 

Qeyd edək ki, Azərbaycanda vergi ödəyicilərinin vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlər qeyd şərtsiz, maliyyə sanksiyaları üzrə 1 yanvar 2017-ci il tarixə mövcud olan borcların müəyyən faiz hissəsi ödəniləcəyi təqdirdə yerdə qalan maliyyə sanksiyaları üzrə borclar silinir.

04.02.2017 15:35

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ