Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

NIKOIL | Bank xeyriyyə aksiyaları keçirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
NIKOIL | Bank xeyriyyə aksiyaları keçirib

(®) NIKOIL | Bank Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində iki xeyriyyə aksiyası keçirib.

 

Reklam_3_11

Səhər saatlarında Bankın kollektivi Bilgəh qəsəbəsində Uşaqlar üçün Sümük-Vərəm Xəstəlikləri Dispanserini ziyarət edib və müalicə alan uşaqlar üçün əyləncəli tədbir təşkil edib. Günün ikinci yarısında NIKOIL | Bank -ın baş ofisində həm mərkəzi ofisin, həm də şəhər filiallarının əməkdaşlarının iştirakı ilə donor qanının verilməsi üzrə ənənəvi aksiya keçirilib.

 

Korporativ sosial məsuliyyət proqramı çərçivəsində NIKOIL | Bank xəstə və yardıma ehtiyacı olan uşaqlara kömək üçün müntəzəm olaraq müxtəlif sosial və xeyriyyə aksiyaları keçirir. Bank rəhbərliyi və işçi heyətinin sosial fəallığı sayəsində NIKOIL | Bank artıq 10 ildən çoxdur ki qan bankının fəxri donoru adını layiqincə daşıyır.

 

NIKOIL | Bank  - Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsinə sahib olan universal maliyyə-kredit təşkilatıdır. Bank bütün növ hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri kimi  əməliyyatları təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012)981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı https://www.facebook.com/nikoilbank

 

01.06.2018 14:40

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ