Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Avtovağzallara qanuni fəaliyyət göstərmələri üçün rəsmi sənəd verildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avtovağzallara qanuni fəaliyyət göstərmələri üçün rəsmi sənəd verildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti Quzanlı, Şamaxı, Sumqayıt avtovağzalları və Gəncə Beynəlxalq Avtovağzalına fəaliyyətlərini qanuni şəkildə davam etdirmək üçün pasport verib.

 

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr və analitik informasiya şöbəsindən “Marja”ya verilən məlumata görə, Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən keçirilən toplantıda pasportlar avtovağzal rəhbərlərinə təqdim olunub.

 

Görüşdə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov bildirib ki, pasport avtovağzalın (avtostansiyanın) qanuni fəaliyyət göstərməsi üçün əsas rəsmi sənəd hesab edilir.

 

O qeyd edib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2009-cu il 5 fevral tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”yə əsasən, hər bir avtovağzalın (avtostansiyanın) fəaliyyət kateqoriyasına uyğun rəsmi pasportu olmalıdır. 

 

Görüş zamanı sərnişindaşımada yarana biləcək problemlərə dair fikir mübadiləsi aparılıb. Eyni zamanda, qeyri-qanuni bilet satışının qarşısının alınması, avtobusların avtostansiyalara cəlb olunması və marşrut qrafiki, qeyri-qanuni fəaliyyətlə məşğul olan daşıyıcılara qarşı tədbirlərin görülməsi kimi məsələlər də müzakirə  olunub.

01.06.2018 15:54

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ