Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Uşaq hüquqları uşaqların dilində” -“Mətanət A” Şirkətindən daha bir sosial layihə

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Uşaq hüquqları uşaqların dilində” -“Mətanət A” Şirkətindən daha bir sosial layihə
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) İntellektli, geniş dünyagörüşünə malik, vətənpərvər gənclik güclü dövlət deməkdir. Yarandığı gündən məhz bu prinsipi əsas tutan, dövlətimizin daha da güclənməsinə öz tövhəsini verməyi qarşısına məqsəd qoyan “Mətanət A” şirkəti bu qəbildən növbəti tədbirini keçirib.

 

Reklam_3_11

Təmas xəttinə yaxın yerləşən Tovuz rayonunun bir sıra orta məktəblərində 8, 9, 10, 11 – ci  sinif şagirdləri üçün "Uşaq hüquqları uşaqların dilində" adı altında təlimlər keçirilib. Təlimlər 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub.

 

Təlimlərdə Azərbaycanda uşaq hüquqlarının qorunması sahəsində görülən işlər, bununla bağlı qanunvericilik bazası, Azərbaycanın uşaq hüquqları ilə bağlı qoşulduğu beynəlxalq konvensiyalar məktəblilərə əhatəli şəkildə izah edilib. Uşaqlara onların hüquqları və bu hüquqların pozulması hallarında onların müdafiəsi yolları başa salınıb, ölkənin hüquq-müdafiə sisteminin daim onları qorumağa  hazır olduğu qeyd edilib. Həmçinin bildirilib ki, işğalçı Ermənistanla təmas xəttinə yaxın yerləşən bu rayonda zaman – zaman uşaqların hüququ məhz üzdəniraq qonşumuz tərəfindən də pozulur. Belə məqamlarda Azərbaycanın qoşulduğu uşaq hüquqlarına dair beynəlxalq konvensiyalar uşaqların  işğalçı ölkəylə bağlı beynəlxalq məhkəmələrə müraciət etmələrinə də imkan verir. Təlimlər maraqlı disskusiya şəraitində keçib. Uşaqlar hüquqları ilə bağlı müxtəlif suallara cavab tapıblar. 

 

Təlimləri “Mətanət A” şirkətinin gənc hüquqşünası Gülxanım Xəlilova keçib.

01.06.2018 20:07

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ