Bakının Baş Planı araşdırılacaq

 

2011-2016-cı illər ərzində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə “Böyük Bakının Regional İnkişaf Planı” və onun əsasında “Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı”nın layihəsi hazırlanmışdır.

 

“Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı” Bakının Baş Planı kimi təqdim edilsə də, onun aidiyyəti üzrə razılaşdırılması tamamlanmamış, sənəd Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilməmişdir.

 

Baş Planın əsas şəhərsalma sənədi olduğunu və paytaxtın sistemli və davamlı inkişafı üçün strateji əhəmiyyət daşıdığını nəzərə alaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi başlanılmış işlərin sona çatdırılmasına xüsusi önəm verir.

 

İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN

 

Bakının Baş Planının hazırlanması istiqamətində bu günədək görülmüş işlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dərindən araşdırılaraq, hərtərəfli qiymətləndiriləcək.

 

Bu qiymətləndirmə başa çatdıqdan sonra Bakı şəhərinin Baş planının hazırlanması işləri davam etdiriləcək, həmin sənədin Azərbaycan Respublikasının şəhərsalma qanunvericiliyinin tələblərinə tam cavab verməsi və aparıcı dünya təcrübəsinə uyğunluğu təmin ediləcək. Bu prosesə yerli mütəxəssislərlə yanaşı nüfuzlu beynəlxalq ekspertlərin də cəlb olunması planlaşdırılır.

 

Bakı şəhərinin Baş Planının hazırlanması işi tam həcmdə yekunlaşdıqdan sonra, sənəd aidiyyəti təşkilatlarla razılaşdırılacaq və təsdiq olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunacaq.

 

2 İyun 2018 , 13:12   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin