Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycan yollarının keyfiyyətinə görə dünyadakı yeri açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan yollarının keyfiyyətinə görə dünyadakı yeri açıqlanıb

Azərbaycan avtomobil yollarının reytinqində 4,8 bal toplayaraq 36-cı yeri tutub.

 

Bu 2017-2018-ci illər Qlobal rəqabət qabiliyyətlilik indeksi versiyası üzrə ən yaxşı və pis yol infransturkuruna malik ölkələrin siyahısında əksini tapıb.

 

Reytinqdə 137 ölkə mövcuddur. Yolların keyfiyyəti 7 ballıq şkala üzrə həyata qiymətləndirilib.

 

Yol infrastrukturunun keyfiyyətinə görə Azərbaycan bir çox qonşu dövlətləri geridə qoyub: Ermənistan (85 yer - 3,7 bal), Gürcüstan (82 yer - 3,8 bal), Rusiya (114 yer - 2,9 bal), Qazaxıstan (115 yer - 2,9 bal), Ukrayna (130 yer - 2,4 bal). Türkiyə isə 5 balla 30-cu pillədə qərarlaşıb.

 

Dünyanın ən pis yolları: Mavritaniya (2 bal), Konqo Demokratik Respublikası və Haiti (hər ikisi 2,1 bal).

 

Reytinqə başçılığı Biləşmiş Ərəb Əmirlikləri (6,4 bal), Sinqapur (6,3 bal) və İsveçrə (6,3 bal) edirlər. İlk onluğa həmçinin Honkonq (6,2 bal), Niderland (6,1 bal), Yaponiya (6,1 bal), Fransa (6 bal), Portuqaliya (6 bal), Avstriya (6 bal) və ABŞ (5,7 bal) daxil olublar.

 

İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN

 

© Trend

04.06.2018 06:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ