Ən yuxarı (mobil)-2_30

Neft qiymətləri düşür - BAZAR İYUN TOPLANTISINI GÖZLƏYİR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft qiymətləri düşür - BAZAR İYUN TOPLANTISINI GÖZLƏYİR

Neft qiymətləri düşür. Səbəb ABŞ-da neft hasilatının artdığı bir dövrdə Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və Rusiyanın istehsalı artırmağa hazırlaşdıqlarını bəyan etmələridir.

 
"Marja" xəbər verir ki, aralarında Səudiyyə Ərəbistanının da olduğu OPEC üzvləri və tərəfdaşları hasilatlarını artıra biləcəklərini bəyan ediblər. Buna səbəblər kimi, artan qlobal tələbat və dünyanın bəzi ölkələrində (Venesuella, İran) hasilat problemlərinin meydana gəlməsi riskinin yaranmasını göstəriblər.  Səudiyyə Ərəbistanı və Rusiya hesab edir ki, gələcəkdə ortaya çıxa biləcək kəsirləri vaxtında ödəmək üçün hasilat öncədən artırılmalıdır. Digər tərəfdən, "Baker Hughes"un məlumatlarına görə, ABŞ-da neft qazma qurğularının sayı 2015-ci ilin Mart  bu yana ən yüksək səviyyəsinə qalxıb. 

Reklam_3_11

 

OPEC və OPEC üzvü olmayan istehsalçılar 2018-in sonuna qədər hasilatı gündə 1.8 milyon barrel azaltmağa razılaşmışdılar.  

 
İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN

 

Bazar, İyun ayında Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və tərəfdaşlarının keçirəcəyi toplantını gözləyir. Bu toplantıdan çıxacaq qərar neft qimətlərinin istiqamətini müəyyən edəcəkdir.
 

Bakı vaxtı ilə saat 08:40-da Qərbi Texas nefti (WTI) 65.83 dollardan, Brent nefti isə 76.49 dollardan alıcı tapıb. Bu gün Brent nefti 0,4% ucuzlaşıb.

04.06.2018 06:42

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ