Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

4 bankda öhdəliklər 2 milyard manatdan çoxdur

iç səhifə xəbər başlığı altı (mobil)_31
4 bankda öhdəliklər 2 milyard manatdan çoxdur
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu il aprelin 1-nə olan vəziyyətə görə, "Azərbaycan Beynəlxalq Bankı" (ABB) istisna olmaqla, ölkədə fəaliyyət göstərən 29 bankdan 9-nun öhdəlikləri illik müqayisədə azalıb.

 

Reklam_3_11

Bunlar "Azərbaycan Sənaye Bankı", "Turan Bank", "Yapı Kredi Bank Azərbaycan", "Amrah Bank", "Access Bank", "Bank Respublika", "Unibank", "Bank of Baku" və "Bank VTB Azərbaycan"dır. Ən çox azalma "Bank VTB Azərbaycan"da (76,2%), ən az azalma isə "Azərbaycan Sənaye Bankı"nda (5,7%) qeydə alınıb.

 

20 bankın öhdəlikləri isə son 1 ildə artıb. Bunlar "Günay Bank", İran Milli Bankının Bakı filialı, "Zıraat Bank Azərbaycan", "AFB Bank", "NBC Bank", "Express Bank", "Xalq Bank", "Bank Silk Vey", "Rabitəbank", "Atabank", "Naxçıvan Bank", "Bank BTB", "PAŞA Bank", "Bank Avrasiya", "Azər-Türk Bank", "Nikoyl Bank", "Muğan Bank", "Kapital Bank", Pakistan Milli Bankının Bakı filialı və "AGBank"dır. Ən çox artım "Günay Bank"da (98,2%), ən az artım isə "AGBank"da (1,5%) baş verib. 

 

ABB öhdəliklərinin dinamikasını açıqlamayıb.

 

 

4 BANKIN ÖHDƏLİKLƏRİ 2 MİLYARD MANATDAN ÇOXDUR

 

Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 4-nün öhdəlikləri 2 milyard manatdan çoxdur.

 

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (7 307,718 milyon manat), "PAŞA Bank" (3 298,728 milyon manat), "Kapital Bank" (2 915,48 milyon manat) və "Xalq Bank"dır (1 958,807 milyon manat).

 

Qalan 26 bankdan 5-nin öhdəlikləri 0,5 - 1 milyard manat arasında, 17 bankın öhdəlikləri 100 - 500 milyon manat arasında, 3 bankın öhdəlikləri 10 - 100 milyon manat arasında, 1 bankın - Pakistan Milli Bankının Bakı filialının öhdəlikləri isə cəmi 888 min manatdır.

 

İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN

 

© Renkinq

04.06.2018 07:04

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ