Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Daha bir bank güzəştli aqrar kreditlər verəcək - İMZA ATDILAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Daha bir bank güzəştli aqrar kreditlər verəcək - İMZA ATDILAR

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinin müvəkkil kredit təşkilatları sırasına daha bir bank düşüb. Dövlət Xidməti fermerlərə güzəştli şərtlərlə kredit vermək üçün "Rabitəbank" ilə də niyyət protokolu imzalayıb. "Marja" xəbər verir ki, niyyət protokoluna Dövlət Xidmətinin rəisi Mirzə Əliyev və “Rabitəbank” ASC-nin İdarə Heyəti sədrinin müavini Orhan Gültekin imza atıb.

 

Reklam_3_11

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinin rəisi bildirib ki, “Rabitəbank”-ın mövcud vəziyyəti, xidmət səviyyəsi və Azərbaycan üzrə əhatə dairəsi onu etibarlı tərəfdaşa çevirəcək, fermerlərə əlçatan edəcək. “Əminik ki, seçdiyimiz müvəkkil kredit təşkilatları fermerlərin maliyyəyə asan və maneəsiz çıxışını təmin etməkdə bizə yardım göstərəcək” – Mirzə Əliyev bildirib.

 

“Rabitəbank” ASC-nin İdarə Heyəti sədrinin müavini  göstərilmiş etimada görə təşəkkürünü bildirib. “Azərbaycan iqtisadiyyatının mühüm sahələrindən olan aqrar sahənin inkişafına töhfə verəcəyimizə şadıq” – cənab Gültekin deyib.

 

İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN

 

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidməti kreditlərin verilməsində şəffaflığı təmin etmək, aqrar sahə üçün kreditləri daha əlçatan etmək, eləcə də daha sağlam bank və kredit təşkilatlarını kənd təsərrüfatı kreditlərinin verilməsinə cəlb etmək üçün banklarla əməkdaşlığını yenidən nəzərdən keçirib. Bir sıra bank və kredit təşkilatları ilə əməkdaşlığı dayandıran Dövlət Xidmətinin tərəfdaşları sırasına yeni bank və BOKT-lar qatılıb. Bu günədək “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Paşa Bank” ASC, “Kapital Bank” ASC, “Turanbank” ASC, “Rabitəbank” ASC, “Aqrarkredit” QSC BOKT, “Finoko” BOKT ASC, “Finans İnvest” BOKT ilə niyyət protokolları imzalanıb.

 

İlin sonunadək Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti müvəkkil banklar vasitəsilə fermerlərə 10 milyon manatadək məbləğdə kredit verməyi planlaşdırır. Kreditlər vətəndaşlara maksimum 7%-lə veriləcək. Bundan başqa, fermer və sahibkarlardan daşınar əmlakı, təsərrüfatı girov kimi qəbul etmək və başqa yeni girov mexanizmlərinin tətbiqi də diqqətdədir.

04.06.2018 08:31

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ