Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda da bankı olan "UniCredit"in "Societe General" ilə birləşəcəyi bildirilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda da bankı olan "UniCredit"in "Societe General" ilə birləşəcəyi bildirilir

İtaliyanın aparıcı bankı "UniCredit SpA", Fransanın ən böyük ikinci bankı "Societe General" ilə birləşməyi nəzərdən keçirir.
 

"Marja" "Financial Times"a istinadən xəbər verir ki, mənbələr, əvvəl "SocGen"də çalışmış "Unicredit"in  İcraçı direktoru Jean Pierre Mustier-in bu fikri bir neçə aydır ortaya atdığını bildiriblər. "Societe General"ın direktorları da iki bankın birləşməyə ehtimalını öyrənməkdə olduqlarını bildiriblər.


İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN

 
Xəbərə görə, sözügedən birləşməyə dair danışıqlar, hələ erkən mərhələdədir. Bir tərəfdən, İtaliyadakı siyasi qarışıqlıq çətinlik yarada bilər. "Financial Times"da yer alan xəbərdə qeyd edilib ki, İtaliya siyasətində baş verən qarışıqlıq müqavilənin potensial tarixini nəzərdə tutulduğundan 18 ay irəli çəkib.

 

Qeyd edək ki, "UniCredit SpA" dolayı yolla "Yapı Kredi Bank Azərbaycan"ın səhmdarıdır. Belə ki, "Yapı Kredi Bank Azərbaycan", Türkiyənin "Yapı Kredi" bankının törəməsidir. "Yapı Kredi"nin ana səhmdarları "UniCredit" (İtalya) və "Koç Holding"dir (Türkiyə).

04.06.2018 09:48

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ