Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Türkiyədə qiymətlər gözlənildiyindən daha çox artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyədə qiymətlər gözlənildiyindən daha çox artıb

Türkiyə Statistika Komitəsinin (TÜİK) məlumatlarına görə, ölkədə inflyasiya ötən ilin may ayı ilə müqayisədə 12,15 faiz yüksəlib. Aprel ayı ilə müqayisədə isə inflyasiya Mayda 1,62 faiz artıb.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, aylıq inflyasiyanın 1.45%, illik inflyasiyanın 11.95% olması gözlənilirdi. Apreldə 12.24% olan baza inflyasiya Mayda 12.64%-ə yüksəlib.


 
İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN

 

İstehsalçı qiymətləri indeksi aylıq 3.79%, illik 20.16% artıb. illik artım 2003-cü ilin Avqust ayından bəri ən yüksək səviyyə kimi qeydə alınıb.

 

Türkiyədə inflyasiyanın yüksəlməsinin səbəbi Türk Lirəsinin dəyərdən düşməsidir. İyunda inflyasiyanın 14%-ə yüksələcəyi gözlənilir.

 

Dollar/TL məzənnəsi inflyasiya göstəricilərinə kəskin reaksiya göstərməyib. Hazırda məzənnə 4.63 səviyyələrindədir. Məzənnə göstəricilər açıqlanmamışdan öncə 4.67 səviyyələrinədək yüksəlmişdi.

04.06.2018 09:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ