Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Mətanət A” regionda uşaqların bayramına hədiyyələrlə sevinc qatdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Mətanət A” regionda uşaqların bayramına hədiyyələrlə sevinc qatdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Yalnız yüksək keyfiyyətli məhsulları ilə deyil, həyata keçirdiyi müxtəlif səpkili sosial xarakterli tədbirləri ilə də Azərbaycan cəmiyyətinin inkişafına tövhə verməyi  prioritetləri sırasına daxil edən “Mətanət A” şirkəti 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Tovuz rayonunda azyaşlıların iştirakı ilə konsert proqramı təşkil edib.

 

Reklam_3_11

Ümumilli lider Heydər Əliyev adına parkda baş tutan tədbirin  açılış mərasimində çıxış edən Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov ölkəmizdə uşaqların sağlam və xoşbəxt böyümələri üçün hər cür şəraitin yaradıldığını, onların layiqli vətəndaş kimi yetişmələrinin dövlət siyasətinin əsas istiqamətlərindən  biri olduğunu vurğulayıb.  Cənab Zeynalov bayram günündə tovuzlu uşaqlar üçün bu cür maraqlı proqram həyata keçirdikləri üçün “Mətanət A” şirkətinə təşəkkür edib.

 

Millət vəkili Qənirə Paşayeva isə çıxışında diqqəti Tovuz rayonunun işğalçı Ermənistan Respublikası ilə həmsərhəd ərazidə yerləşməsinə və bu rayonda böyüyən uşaqların zaman-zaman erməni təxribatları nəticəsində mənəvi-psixoloji travmalar almasına yönəldib. Onun sözlərinə görə,  təmas xəttinə yaxın ərazilərdə yaşayan uşaqların qayğı və diqqətə daha çox ehtiyacları var. Bu baxımdan o, bu kimi tədbirlərin böyük önəm daşıdığını bildirib.

 

“Mətanət A” şirkətinin Marketinq Departamentinin direktoru Yelena Eyvazlı isə bildirib ki, təmsil etdiyi şirkət 18 illik fəaliyyəti dövründə sosial layihələrə daim böyük önəm verib.“Mətanət  A”-nın missiyasının Azərbaycan xalqına, Vətənin övladlarına xidmət etmək olduğunu vurğulayan şirkət rəsmisi bu konsert proqramını təşkil etməkdə məqsədinon də uşaqları sevindirmək olduğunu bildirib.

 

Konsert proqramında Tovuzun şəhər və kəndlərinin uşaq baxçaları və körpələr evlərində tərbiyə alan uşaqlar çıxış ediblər. Balacalar müxtəlif mahnı və rəqslər ifa etməklə bayramı rövnəqləndiriblər. Hər bir tədbir iştirakçısına “Mətanət A” şirkəti tərəfindən hədiyyələr təqdim edilib.

 

Daha sonra “Mətanət A” şirkətinin nümayəndələrinin  və rayon rəsmilərinin internat uşaqları ilə görüşü baş tutub. Valideyn himayəsindən məhrum olumuş bütün uşaqlara “Mətanət A” şirkəti tərəfindən maraqlı və intellekti inkişaf etdirən hədiyyələr təqdim edilib. Bir sözlə “Mətanət A” Şirkəti Tovuzlu uşaqlar üçün əsl Bayram yaratmağı bacarıb. Şirkət bundan sonra da sosial layihələri ilə ölkə vətəndaşlarını sevindirməkdə davam edəcək.

04.06.2018 10:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ