Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Dövlət şirkətlərinin büdcəyə vergi ödənişləri azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət şirkətlərinin büdcəyə vergi ödənişləri azalıb

2017-ci ildə dövlət mülkiyyətində olan vergi ödəyicilərinin vergi və digər icbari öhdəlikləri üzrə büdcə ödənişlərinin azalıb.

 

Bu barədə Azərbaycanın 2017-ci il üzrə dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində qeyd olunub.

 

Sənəddə bildirilib ki, 2016-cı illə müqayisədə 2017-ci ildə daxilolmaların həcmi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sisteminə daxil olan müəssisələr üzrə 38 mln. 984,9 min manat təşkil etməklə 23,4% (11 mln. 916,2 min manat), “Azərenerji” ASC üzrə 61 mln. 940,2 min manat təşkil etməklə 74,2% (178 mln. 511,7 min manat), "Xəzər Dəniz Gəmiçiliyi" QSC üzrə 46 mln. 819,3 min manat təşkil etməklə 30,2% (20 mln. 234,3 min manat) azalıb.

 

İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN

 

Qeyd edək ki, “Azərenerji” ASC-nin vergi və digər icbari öhdəlikləri üzrə büdcə ödənişlərinin azalması 2015-ci illə müqayisədə 2016-cı ildə də müşahidə olunub. Belə ki, “Azərenerji”nin vergi və digər icbari öhdəlikləri üzrə büdcə ödənişləri 240 mln. 451,9 min manat təşkil etməklə 31%  və ya 108 mln. 213,1 min manat azalıb.

04.06.2018 10:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ