Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Cəfər Cabbarlı” quru yük gəmisi istismara qaytarılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Cəfər Cabbarlı” quru yük gəmisi  istismara qaytarılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dəniz Nəqliyyatı Donanmasına məxsus “Cəfər Cabbarlı” quru yük gəmisi Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda əsaslı təmir olunub.

 

QSC-nin yaydığı məlumata görə, bir ilə yaxındır aparılan təmir zamanı xeyli iş görülüb. Belə ki, 3850 ton yükgötürmə qabiliyyətinə malik gəminin gövdəsində, göyərtələrində, yük anbarlarında və  sair sahələrində korroziyaya uğramış metal təbəqələr dəyişdirilib, bu məqsədlə bütövlükdə 350 ton metal işlədilib. Kayutlar müasir tələblər səviyyəsində təmir olunaraq yeni avadanlıq və mebellə təchiz edilib.

 

Gəminin baş və köməkçi mühərrikləri, əsas və yardımçı sükan qurğuları, ballast, hava, su, yanğınsöndürmə, yağ və yanacaq sistemləri əsaslı təmir olunub.

 

Bundan başqa, gəminin bütün maşın və mexanizmlərinə baxış keçirilib, anbarları modernizasiya edilib, ikinci gövdə qatı tikilib.

 

Həmçinin gəminin bütün elektrik avadanlıqları, o cümlədən elektrik mühərrikləri, generatorları, radionaviqasiya cihazları yoxlanılaraq, zəruri təmir işləri yerinə yetirilib, əksər boru sistemləri dəyişdirilib.

 

Təmirdən sonra gəmi dəniz sınağından keçirilib. Sınaq uğurla başa çatıb və gəmi istismara qaytarılıb.

 

Xatırladaq ki, “Cəfər Cabbarlı” quru yük gəmisinin uzunluğu 123.50, eni 15 metr, maksimal sürəti 11.7 uzeldir.

04.06.2018 10:33

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ