Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

SOCAR büdcə ödənişləri üzrə proqnozu kəsirlə icra edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR büdcə ödənişləri üzrə proqnozu kəsirlə icra edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

SOCAR ötən il büdcə ödənişləri üzrə proqnozu 47,5 mln. manatlıq kəsirlə icra edib


 

Reklam_3_11

Hesabat ili ərzində dövlət mülkiyyətində olan vergi ödəyicilərinin büdcə ödənişlərinin tərkibində Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) payı 2015-ci və 2016-cı illərlə müqayisədə, müvafiq olaraq 8% bəndi və 6,1% artaraq 71,8%-ə yüksəlib.

 

Bu barədə məlumat Hesablama Palatasının Azərbaycanın 2017-ci il üzrə dövlət büdcəsinin icrasına dair illik hesabata rəyində əks olunub.

 

Sənəddə qeyd olunub ki, şirkət üzrə 2017-ci il üçün müəyyən edilmiş 1,365 mlrd. manat məbləğində proqnoz 1 mlrd. 317 mln. 519,7 min manat və ya 96,5% səviyyəsində yerinə yetirilib, daxilolmanın həcmi 2015-ci ilə nisbətən 91 mln. 927,1 min manat və ya 6,5% azalsa da, 2016-cı illə müqayisədə 65 mln. 127,1 min manat və ya 5,2% artıb.

 

2017-ci il ərzində şirkət üzrə dövlət büdcəsinə olan borcların həcmi (ilin əvvəlinə olan 8,2 min manata qarşı ilin sonuna 7,9 min manat) cüzi məbləğ təşkil etməklə dəyişməyib, artıq ödəmə məbləği isə 836,4 min manat artaraq 154 mln. 313,6 min manata yüksəlib.

 

İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN

 

© APA

04.06.2018 10:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ