Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycandakı Avropa şirkətlərinin 31%-i Palatanın fəaliyyətindən narazıdır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycandakı Avropa şirkətlərinin 31%-i Palatanın fəaliyyətindən narazıdır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda fəaliyyət göstərən Avropa İttifaqının 100-dən artıq şirkəti Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) fəaliyyətini səmərəsiz hesab edir. 

 

Reklam_3_11

Bu, Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə keçirdiyi sorğunun nəticəsində məlum olub. Sorğu 27 Aİ ölkəsini əhatə edən 400-ə yaxın şirkət arasında keçirilib.

 

Sorğunun nəticəsinə görə, sahibkarların 31%-i MBNP-nin fəaliyyətini səmərəsiz hesab edir.

 

Hesabat müəllifləri qeyd edir ki, iqtisadiyyatın sabitləşməyinə və daha müsbət iqtisadi proqnozlara baxmayaraq, hökumət bank sektorundakı həssaslıqlara nəzər yetirməlidir: “Azərbaycan banklarının ümumi vəziyyətinin müəyyən qədər sağlamlaşmasına baxmayaraq, sektorda struktur zəifliklər hələ də qalmaqdadır. Məsələn, 2017-ci ildə ümumilikdə bank sektorunun mənfəət əldə etməsinə baxmayaraq, 19 bankdan 11-i ili zərərlə başa vurub. Vaxtı keçmiş kreditlərin həcmi də kifayət qədərdir. Bütün bunlar, eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatasının (FİMSA) müstəqilliyini itirməsi onu deməyə əsas verir ki, Avropa İttifaqı şirkətlərinin 31 faizi FİMSA tərəfindən həyata keçirilən siyasət və tədbirləri effektiv saymır”.                                                         

 

Sahibkarların 382%-i isə ASAN e-viza portalının effektivliyini yüksək qiymətləndirir.

 

Respondentlərin 50%-i bu il iqtisadi perspektivlərin yaxşılaşacağını gözləyir, 53%-i isə biznes fəaliyyətini genişləndirməyi planlaşdırır. Həmçinin 35% sorğu iştirakçısı işçilərinin sayını artırmağı, 36%-i kapital xərclərini artırmağı planlaşdırır. 48% respondent isə gəlirlərinin artacağını düşünür.

 

Aİ şirkətləri ölkədə bir sıra vacib sahələrdə islahat da təklif edib:

 

"20% vergi sistemində, 17% gömrük sistemində islahat istəyir. Hüquq sistemi və təhsil sistemində islahat istəyənlərin həcmi isə 12%-dir".

 

BANKDAN DA AŞAĞI FAİZLƏ KREDİT

 

© Report, APA

05.06.2018 07:25

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ