Mobil manşet üstü reklam-3_21

Bakının ən ağıllı evi Fərid Pərdəşünasın təqdimatında! [VİDEO]

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakının ən ağıllı evi Fərid Pərdəşünasın təqdimatında! [VİDEO]

(®) Texnologiyanın inkişafı ilə əldə olunmuş mükəmməl nəticələrdən biri də ağıllı ev nümunələridir. İllərdir Amerikada və inkişaf etmiş Avropa ölkələrində geniş yayılmış ağıllı ev trendi artıq Azərbaycanda da tətbiq olunmağa başlayıb.

 

Reklam_3_11

Ağıllı ev – Evin bütün funksiyalarının vahid bir platformadan (tətbiqdən) avtomatlaşdırılmış şəkildə idarəetməsidir. Məsələn, işıqların söndürülüb-yandırılması, nəfəsliklərin açılması, evin isidilməsi, pərdələrin idarəsi, kameralarla nəzarət, təhlükəsizlik və s.

 

Həyatımızı asanlaşdıran texnologiyalar evimizdə demək olar ki, bütün işləri görməyi bacarır. Yaxşı xəbər odur ki, Azərbaycan da artıq öz ağıllı ev texnologiyalarının istehsalına başlayıb. Bu yeni texnologiyalar və tətbiqetmələr imkan verir ki, evin idarə edilməsi məsafədən asılı olmayaraq asan və rahat bir şəkildə həyata keçirilsin. “ELSMART” brendi  adı altında “Smart Home” şirkəti artıq Azərbaycanda ağıllı ev texnologiyalarının tətbiqinə başlayıb. Şirkətin istifadə etdiyi texnologiyalar isə təmamilə yerli istehsaldır. 

Qeyd edək ki, bugünə qədər Azərbaycanda əsasən xaricdən idxal edilən ağıllı ev sistemləri quraşdırılırdı. Yerli istehsal sistemləri və tətbiqləri isə heç də xarici brendlərdən geri qalmır və hətta bəzi funksional göstəricilərinə görə onları qabaqlayır.

 

Artıq Bakıda bir neçə böyük layihəyə imza atan “Smart Home” şirkəti növbəti ağıllı ev layihəsini mediaya açıq bir şəkildə təqdim edib. Bu dəfə texnobloqqer Fərid Pərdəşünas tam avtomatlaşdırılmış sistem ilə təmin edilmiş evin qonağı olub və idarəetmə ilə yaxından tanış olub. Aşağıda yerləşdirilmiş video vasitəsilə Azərbaycan brendinin nələrə qadir olduğunu izahlı bir şəkildə izləyə bilərsiniz.

 

Əlavə olaraq siz də evinizi tam avtomatlaşdırılmış bir sistem ilə təchiz etmək və ağıllı evə sahib olmaq istəyirsinizsə “Smart Home” şirkəti ilə əlaqə yarada bilərsiniz. (+994 12 555 21 27), daha ətraflı məlumat üçün isə agilliev.az  elsmart.az saytlarını ziyarət edə bilərsiniz.

05.06.2018 15:50

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ