Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Buxarest-Bakı-Buxarest aviareysi açılacaq - DANIŞIQLAR YEKUNLAŞIR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Buxarest-Bakı-Buxarest aviareysi açılacaq - DANIŞIQLAR YEKUNLAŞIR

Rumıniyanın milli aviadaşıyıcısı olan TAROM şirkəti Buxarest-Bakı-Buxarest marşrutu üzrə uçuşları yerinə yetirməklə bağlı danışıqları yekunlaşdırmaq üzrədir. Bu barədə TAROM şirkətinin baş kommersiya direktoru Kamelia Enesku məlumat verib.

 

O, bildirdi ki, ilk olaraq şirkət Bakıya uçuşun həyata keçirilməsi hüququnun alınmasını bitirib:“Bundan başqa Azərbaycan ərazisində biletlərin satış hüququ prosedurunu başa çatdırmaq üzrəyik. Bakı hava limanı və orada təmsil olunacaq nümayəndəliyimizin mövcudluğu ilə bağlı danışıqları yekunlaşdırırıq”.

 

K.Enesku qeyd edib ki, Bakı istər Rumıniya, istərsə də Avropa ölkələri üçün geniş potensiala malik vacib şəhərlərdən biridir. Biletlərin qiymətlərinə gəlincə isə o, bildirib ki, sərnişinlərin ixtiyarına veriləcək yeni hava xəttində müəyyən endirim aksiyaları da təşkil olunacaq.

 

“Cəlbedici qiymətlər bazarda mövcud olan digər aviaidaşıyıcıların təklif etdiyi qiymətlərlə müqayisədə aşağı olacaq. Uçuş vaxtının gecə saatlarında həyata keçirilməsi nəzərdə tutulur. Fransa, Almaniya, Çex Respublikası, İngiltərə və digər ölkələrin sərnişinləri Buxarest üzərindən 1-2 saat gözləməklə Bakıya və əks istiqamətə səyahət edə bilərlər”.

 

Baş kommersiya direktoru onu da deyib ki, təmsil etdiyi şirkətin nümayəndələri AZAL təmsilçiləri ilə bir sıra görüşlər də keçiriblər:

 

“TAROM şirkəti Bakıya Airbus-318 hava gəmisi ilə uçuşları reallaşdırmaq niyyətindədir. Azərbaycan Hava Yolları ilə görüşlərimiz olub və əməkdaşlıq etməyi düşünürük. TAROM şirkəti artıq uçuşları yerinə yetirməyə hazırlaşır”.

 

K.Enesku sonda onu da vurğulayıb ki, müəyyən texniki məsələlər səbəbindən iyul ayının 15-ə nəzərdə tutulan ilk təyyarə reysi bir qədər sonraya təxirə salınıb.

 

BANKDAN DA AŞAĞI FAİZLƏ KREDİT

 

© Azərtac

05.06.2018 11:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ