Azərbaycan aviaşirkəti daha bir Вoeing alır
Bu il “Silk Way West Airlines” aviaşirkətinin parkında avialaynerlərin sayı yeddiyə çatacaq. Bu il şirkətə daha bir “Вoeing 747-8F” təyyarəsinin gətirilməsi gözlənilir, - deyə aviaşirkətin mətbuat xidməti məlumat verir.
Hazırda "Silk Way West Airlines" aviaşirkətinin hava gəmiləri parkına 4 “Вoeing 747-8F” və 2 “Вoeing 747-400F” təyyarəsi daxildir.
Onlar Heydər Əliyev Beynəlxalq Hava Limanından qitələri birləşdirən tranzit mərkəz kimi istifadə edərək dünyanın müxtəlif regionlarına - Asiya, Avropa, Yaxın Şərq və Şimali Amerikaya müntəzəm uçuşlar yerinə yetirir.
Silk Way West Airlines 2012-ci il iyununda fəaliyyətə başlayıb. «Yeni "Вoeing" yük təyyarəsinin tədarük edilməsi aviaşirkətə uçuşların coğrafiyasını daha da genişləndirmək imkanı verəcək», deyə aviaşirkətdən bildiriblər.
Qeyd edək ki, bu günlərdə aviaşirkət növbəti dəfə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) İOSA (IATA Operational Safety Audit) standartına uyğunluğu üzrə audit yoxlama prosedurunu uğurla keçib və müvafiq sertifikatı daha iki il müddətinə uzadıb.
Bundan öncə İOSA-nın müvafiq sertifikatını "Azərbaycan Hava Yolları" (AZAL) milli sərnişin aviadaşıyıcısı alıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 14 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
17 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 18 saat əvvəl
-
18 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
19 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 20 saat əvvəl
-
20 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl