Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda da fəaliyyət göstərən şirkət və bankların marka dəyərləri açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda da fəaliyyət göstərən şirkət və bankların marka dəyərləri açıqlanıb

Beynəlxalq marka qiymətləndirmə təşkilatı "Brand Finance" tərəfindən "Türkiyənin Ən Dəyərli Markaları-Turkey 100" araşdırmasının 11-incisi tamamlanıb.
 

"Marja" xəbər verir ki, siyahıda ilk yeri 2 milyard 42 milyon dollarlıq marka dəyərilə Türk Hava Yolları (THY) tutur. Bu şirkətin ardınca 1 milyard 907 milyon dollarlıq marka dəyəri ilə "Türk Telekom" gəlir.
 

Reklam_3_11

Siyahıda üçüncü yeri 1,8 milyard dollarlıq marka dəyəri ilə "Turkcell", dördüncü yeri 1 milyard 649 milyon dollarlıq marka dəyərilə "Akbank", beşinci yeri isə 1 milyard 584 milyon dollarlıq dəyərlə "Garanti Bankası" tutub.
 

BANKDAN DA AŞAĞI FAİZLƏ KREDİT


Azərbaycanda da törəmə bankı olan "Ziraat Bankası"nın marka dəyəri 9% artımla 1 milyard 432 milyon dollara çatıb və qurum 6-ncı sıradakı yerini qoruyub. "Ziraat Bankası"nın ardınca, 1 milyard 334 milyon dollar ilə "İş Bankası", 1 milyard 258 milyon dollar ilə "Arçelik", 937 milyon dollarla "Yapı Kredi", 878 milyon dollarla "Ford Otosan" gəlir.
 
Araşdırmaya görə, Türkiyənin ən dəyərli 100 markasının ümumi dəyəri 27,5 milyard dollardır.

05.06.2018 11:51

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ