Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Əmanət yerləşdirənə 2 kart veriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əmanət yerləşdirənə 2 kart veriləcək

Dövlət bankı Azər Türk Bank daha bir kampaniyaya start verib.

 

Bankın yaydığı məlumata görə, kampaniya müddətində Banka manatla əmanət qoyan fiziki şəxslər üçün  güzəşt və hədiyyələr nəzərdə tutulub. Belə ki, daim müştəri məmnuniyyətinə önəm verən Azər Türk Bank bir qayda olaraq bütün növlər üzrə əmanət yerləşdirən müştərilərinə üçillik xidmət müddəti ilə bir ədəd plastik kart hədiyyə edirdisə, indi iki kart verəcəkdir. İkinci hədiyyə kart müştərinin arzusu ilə istənilən şəxsin adına və ya fərqli valyutada öz adına rəsmiləşdirilə bilər.

 

Digər bir yenilik isə əmanət qarşılığında kredit götürən şəxslərə aiddir. Yerləşdirilən əmanətlər üzrə kredit əldə etmək istəyən fiziki şəxslər üçün kredit heç bir komissiya tutulmadan rəsmiləşdiriləcək və birinci ay üzrə kreditə faiz hesablanmayacaqdır.

 

Kampaniya cari ilin 29 iyun tarixində bitir.

 

Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

05.06.2018 13:12

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ