Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Palata Reyestrdə öndə olan 5 bankın adını açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Palata Reyestrdə öndə olan 5 bankın adını açıqladı

Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin (Reyestr) imkanlarından yararlananların sayı artır. Belə ki, 15 mart 2018-ci il tarixindən etibarən fəaliyyətə başlayan https://mpcr.fimsa.az/ elektron portalında 31.05.2018-ci il tarixinə qeydiyyatdan keçmiş şəxslərin sayı 600 nəfərə yaxın, yüklənmiş bildirişlərin sayı isə 18 mindən çox olub.

 

Reklam_3_11

Palatadan "Marja"ya daxil olmuş məlumata görə, reyestrə ən çox bildiriş daxil edən kredit təşkilatları aşağıdakılardır: “Unibank KB” ASC, “Nikoyl” İKB ASC, “Accessbank” QSC, “Bank of Baku” ASC və “Turanbank” ASC.

 

Kateqoriyalar üzrə bölgüdə istehlak malları (10,565), zinət əşyaları (2,457), mebel (1,845), heyvanlar (1,061) və dövriyyədə olan mallar (538) üstünlük təşkil edir.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Xatırladaq ki, Reyestr kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə vəsaitlərinə çıxışını təmin etmək və onların daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarını artırmaq məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılıb.

05.06.2018 15:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ