Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bağlarda bir kiloqramı 1,5-2 manata satılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bağlarda bir kiloqramı 1,5-2 manata satılır

Xaçmazlı sahibkarlar may ayının son günlərindən etibarən gilas bağlarında məhsul yığımına başlayıblar.

 

Reklam_3_11

Yığılan məhsul yerli və paytaxt bazarlarında satışa çıxarılır. Təsərrüfatçılar gilasın bir kiloqramını keyfiyyətindən asılı olaraq yerində 1,5-2 manata satırlar.

 

İyun ayı gilas yığımının ən qızğın çağıdır. Bağ sahibləri gilasın tezyetişən sortlarının yığılmasını başa çatdırıblar. Hazırda isə gilasın digər sortlarının yığımına başlanılıb. Yığılan məhsul ölkəmizlə yanaşı, qonşu Rusiya Federasiyasının müxtəlif bölgələrinin bazarlarına da göndəriləcək.

 

Xaçmaz rayonunda gilasın “Krım”, “Romanovka”, “Öküzürəyi”, “Napoleon” və başqa növləri yetişdirilir. Gilasın yetişdirilməsinin böyük xərc tələb etdiyini söyləyən sahibkarlar hazırki satış qiymətinin onları qane etdiyini vurğulayırlar.

 

Rayonun Qaraçay-cek kəndindən olan təsərrüfatçı Tural Əhmədov bildirir ki, son illər rayonda gilas bağlarının sahəsi xeyli artıb. Təsərrüfatçılar bunu gilas bağlarının alma, şaftalı və digər ənənəvi bağlara nisbətən daha çox gəlir gətirməsi ilə əlaqələndirirlər.

 

Respublikamızın şimal bölgəsində gilas yetişdirməklə məşğul olan fermerlər bu meyvəni Rusiya ilə yanaşı, digər xarici bazarlara da ixrac etmək imkanının olduğunu deyirlər. Bu isə ölkəmizə xarici valyutanın daxil olmasında əhəmiyyətli rol oynaya bilər.

 

1 GÜNƏ KREDİT ALIN!

 

© Azərtac

05.06.2018 15:17

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ