Ən yuxarı statik reklam-3_3

Neft ABŞ-da ehtiyatların azalması ilə bahalaşıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft ABŞ-da ehtiyatların azalması ilə bahalaşıb

Özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutunun (API) məlumatlarına görə, ABŞ-da xam neft ehtiyatları ötən həftə 2.03 milyon barrel azalıb. 

 

ABŞ-da Enerji İnformasiya İdarəsinin (EIA) Çərşənbə günü açıqlayacağı rəsmi məlumatların ehtiyatların ötən həftə 2.1 milyon barrel düşdüyünü göstərməsi gözlənilir.

 

Digər tərəfdən, məsələ haqqında məlumata malik mənbələrə görə, ABŞ hökuməti Səudiyyə Ərəbistanı və digər bəzi Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) üzvlərindən hasilatı gündəlik 1 milyon barel artırmasını istəyib. Dünən bu gizli istəyin üzə çıxmasından sonra Brent neftinin qiyməti 73 dollar səviyyələrinədək düşmüşdü.
 

1 GÜNƏ KREDİT ALIN!

 

ABŞ-da ehtiyatların azalması ilə əlaqədar olaraq, Qərbi Texas nefti (WTI) 1,7% bahalaşaraq 65.85 dollara, Brent neft isə 0,5% bahalaşaraq 75.64 dollara qalxıb (saat 08:25-ə olan məlumat). 

 

Bazar, OPEC və tərəfdaşlarının bu ay Vyanada keçiriləcək iclasını gözləyir. İclasda hasilatın artırılıb-artırılmayacağı barədə qərar veriləcəyi gözlənilir.

 

May ayının sonunda Səudiyyə Ərəbistanı və Rusiya, İran və Venesuelada yaranacaq mümkün kəsirləri bağlamaq üçün hasilatı artıra biləcəklərinə işarə etmişdilər. Bu xəbər qiymətlərin 80 dollardan aşağı düşməsinə səbəb olmuşdur.

06.06.2018 06:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ