Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Beynəlxalq Bank 100 müştərisinə hədiyyə təqdim etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bank 100 müştərisinə  hədiyyə təqdim etdi

Azərbaycan Beynəlxalq Bankının “Yüzdən biri ol!” devizi altında keçirdiyi “Bahar” uduşlu stimullaşdırıcı lotereya kampaniyasında qalib olmuş müştərilərə hədiyyələr təqdim olunub.

 

Reklam_3_11

Kampaniyada ümumən 100 iştirakçı qalib olub. 60 qalib 100 manat, 25 qalib 300 manat, 10 qalib 500 manat hədiyyə qazanıb. Təqdimat mərasimində lotereyanın 2 qalibinə  “İpad Pro 9.7”, daha 2 qalibinə  “İphone X” smartfonu təqdim olunub. Birinci yerin qalibi Xədicə Məmmədovaya isə MALDİV ADALARINA 2 NƏFƏRLİK (5* oteldə 1 həftə) SƏYAHƏT PAKETİ verilib.

 

Xədicə Məmmədova Azərbaycan Beynəlxalq Bankının təqaüdçüsüdür. O, 406 min 159 uduş şansı arasından cəmi 4 uduş şansı ilə qalib gəlib: “Bu, bir qismətdir. Bankdan kredit almışdım. Mayın 15-də gecə “Xəzər” televiziyasının canlı efirindən zəng edib dedilər ki, lotereyada udmuşam. Çox sevinirəm. Maldiv adalarına böyük qızımla gedəcəyəm. Azərbaycan Beynəlxalq Bankına minnətdaram ki, bizə belə bir imkan yaratdı”.

 

Azərbaycan Beynəlxalq Bankının Marketinq departamentinin direktoru Nigar Tahirova bildirib ki, belə stimullaşdırıcı tədbirlərin keçirilməsində məqsəd müştəriləri nağdsız ödənişlərə həvəsləndirməkdir: “Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə nağdsız ödəniş ənənələrinin inkişafına daim dəstək verir. İnnovativ bankçılıq texnologiyalarının tətbiqi ilə nağdsız ödəniş infrastrukturunu inkişaf etdirməyə çalışır. Belə stimullaşdırıcı tədbirlərimiz gələcəkdə də davam etdiriləcək”.

 

Xatırladaq ki, lotereya kampaniyası 15 mart – 30 aprel tarixlərini əhatə edib. İştirak şərtlərinə görə, kampaniya müddətində Azərbaycan Beynəlxalq Bankının kartları ilə ölkədaxili və ölkəxarici nağdsız alış-veriş zamanı aparılmış bütün əməliyyatlar üzrə, yaxud onlayn qaydada ödənilmiş hər 100 manata görə müştəri bir uduş şansı qazanıb. Eyni zamanda, kampaniya dövründə bankdan nağd pul krediti alan müştəri hər 500 manat kredit məbləğinə görə bir şans əldə edib. Uduş fondu 15 may 2018-ci il tarixində saat 22.00-da “Xəzər” televiziyasının canlı yayımında oynanılıb. Qaliblərin seçimi kampaniya müddətində formalaşan uduş şansları arasından, xüsusi proqram təminatı vasitəsilə, təsadüfi seçim əsasında aparılıb.

 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

06.06.2018 08:58

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ